Ümummilli Lider Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək inkişaf yoluna çıxarıb
Günel Məlikli
Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru,
AMEA YAP İdarə Heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri
Hər bir xalq yetişdirdiyi müdrik siyasi liderin zəkası, iradəsi sayəsində öz milli sərvətlərinə sahib ola və onu gələcək inkişafına yönəldə bilər. Azərbaycanın müstəqil dövlət kimi inkişafı və tarixi nailiyyətlər qazanması məhz Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Məlumdur ki, Azərbaycan müstəqilliyin ilk illərində olduqca ağır və mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi. Ölkənin tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ümumiyyətlə, Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır bir durumda idi. Ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, uğurla reallaşdırılmasının bəhrəsidir.
Beləliklə, Ümummilli Liderimiz tərəfindən Azərbaycanın müasir tarixində yeni mərhələnin təməli qoyuldu. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə ölkəmiz bütün təhlükələrdən xilas oldu, inkişaf yoluna qədəm qoydu. Xalqımız öz dövlətçiliyinə sahib çıxdı, müstəqilliyini möhkəmləndirdi. Heydər Əliyevin zəkası bütün sədləri yararaq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb, ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırdı. Bu gün fəxrlə deyirik ki, təlatümlü bir dövrdə respublikamızı parçalanmaq təhlükəsindən qurtaran, onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, nüfuz qazandıran məhz Ulu Öndər Heydər Əliyev olub. Ümummilli Lider Heydər Əliyev daim dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün müstəsna işlər görmüşdür. Başqa sözlə, Ümummilli Lider Azərbaycanı Öz müdrikliyi ilə inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Azərbaycanı yeni inkişaf yoluna çıxaran Ulu Öndər Heydər Əliyevin qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün göstərdiyi böyük, müstəsna xidmətlərindən biri də Özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı - siyasi varis yetişdirməsidir. Ümummilli Liderimiz 2003-cü il prezident seçkiləri dövründə deyirdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını Öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm".
Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, böyük öndər nə qədər haqlı imiş. Qədirbilən xalqımız 2003, 2008, 2013 və 2018-ci ilin prezident seçkilərində Heydər Əliyev kursunun davam etməsinə səs verdi. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun liderinə, dünyanın sayılıb-seçilən dövlətinə çevirib. Ötən 17 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf kursu bütün sahələrdə böyük uğurlara yol açıb, əhalinin rifahını daim gücləndirib. Ölkəmiz, eyni zamanda, regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verməkdədir.
Ən əsası, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin tam bərpa olunmasını təmin edib. Bir sözlə, qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazıb.
Nəticə etibarilə, Ümummilli Liderimiz Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycanın inkişafı uğrunda fədakarlıqla çalışmışdır. Bu gün müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəri kimi uğurla inkişaf edir.
Yeniazerbaycan.com