15.12.2020, 20:26 - Baxış sayı: 632

Fəlsəfə və Sosiologiya İnstitutunun 2020-ci il üzrə elmi nəticələri


Fəlsəfə və Sosiologiya İnstitutunun 2020-ci il üzrə elmi nəticələriAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 2020-ci ildə 2 elmi istiqamət, 4 problem, 15 mövzu üzrə 133 elmi tədqiqat işi yerinə yetirilmişdir. Elmi tədqiqat işlərinin nəticəsi olaraq İnstitut əməkdaşları tərəfindən 28 kitab və monoqrafiya o cümlədən, 23 monoqrafiya (onlardan 3-ü xaricdə), 2-i kollektiv monoqrafiya, 1 kitab, 4 toplu (1-i elektron, 1-i almanax olmaqla) və 1 dərs vəsaiti, 1 fənn proqramı, 392 məqalə və konfrans tezisləri (onlardan 81 məqalə və konfrans tezisləri xaricdə, 10 məqalə impakt faktorlu jurnallarda, ölkədaxili 144 məqalə jurnallarda, 90 məqalə saytlarda, 77 məqalə kütləvi informasiya vasitələrində) dərc edilmişdir.
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı “Könüllülər ili”nə həsr olunmuş 1 respublika elmi konfrans və “Nəriman Nərimanovun 150 illik yubileyinin keçirilməsi ilə bağlı 1 onlayn respublika elmi konfrans keçirilmiş və 5 elmi məqalə dərc edilmişdir.
AMEA Rəyasət Heyətinin qərarlarının icrası ilə bağlı AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun 100 illik yubileyinə həsr olunmuş 1 onlayn respublika konfrans və 9 elmi məqalə, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyinin keçirilməsi ilə bağlı 2 beynəlxalq onlayn elmi konfrans və 1 onlayn elmi seminar, 7 elmi məqalə, Akademik Firudin Köçərlinin 100 illik yubileyinə həsr olunmuş 1 onlayn respublika konfransı və 2 elmi məqalə çap edilmişdir.
“2020-2025-ci illər üçün İnkişaf Proqramının icrası ilə bağlı 13 elmi tədqiqat işi, 12 monoqrafiya (f.e.d.,İlham Məmmədzadə: ”Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər. (ikinçi nəşri), t.e.d., Eynulla Mədətli - "İranda Azərbaycan tarixi məsələləri"), 35 məqalə və konfrans materialları (bunlardan 11-i xaricdə), 1 kollektiv monoqrafiya (“Davamlı inkişafın sosial və fəlsəfi problemləri”), 72 məqalə KİV-də, 10 beynəlxalq konfranslarda məruzə, 5 televiziya proqramlarında çıxışlar, 1 beynəlxalq onlayn konfrans, 1 onlayn respublika konfrans, 1 seminar, 1 virtual laboratoriya yerinə yetirilmişdir.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” qərarın icrasını təmin etmək məqsədilə 68 elmi tədqiqat işi, 8 monoqrafiya (f.e.d.,prof. Əlikram Tağıyev-“Fəlsəfi-məntiqi problemlər Azərbaycanın milli gerçəkliyi kontekstində (tarix və müasirlik”, f.e.d.,Əlizadə Aydın-Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955−1970). Tarixi-sosioloji araşdırma), İnstitutun nəzdində fəaliyyət göstərən virtual laboratoriyanın nəticələrini əks etdirən “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və yeni “İpək Yolu”” adlı Almanax, (Azərbaycan, rus və ingilis dillərində), 1 dərs vəsaiti, 48 elmi məqalə (bunlardan 17-i xarici), 1 onlayn respublika elmi konfrans,12 beynəlxalq konfrans və 2 online vebinarlar da çıxışlar, 4 ümuminstitut seminar yerinə yetirilmişdir.
“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI proqramın icrası ilə bağlı 98 elmi tədqiqat işi, 2 virtual laboratoriya, 1 online beynəlxalq konfrans, 3 online respublika konfransı, 14 monoqrafiya (f.e.d., İlham Məmmədzadə-”Философия о современности, истории и культуре (О контурах историко-культурной эпистемологии)”, f.ü.f.d, Ələkbərov Faiq “Turan uyğarlığına giriş: Turan mefkuresi ve Tanrıçılık”. Ankara),1 elektron toplu, 1 dərs vəsaiti, 4 şöbədaxili seminar, 22 beynəlxalq konfranslarda çıxışlar, 119 elmi məqalə və beynəlxalq konfrans materialları (bunlardan 25-i xaricdə), 96 məqalə KİV, 1 qrant layihə, yerinə yetirilmişdir.
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən 3 monoqrafiya ( f.e.d., Afaq Rüstəmova -“Azərbaycanda informasiya cəmiyyətinin inkişafının fəlsəfi problemləri: dil və kommunikasiya”, f.e.d., prof. Büniyatov Arif «Особенности применения нечеткой логической концепции», Lamberd Academik Publishing. Almaniya.),1 virtual laboratoriya, 1 toplu («Müasir dünya və informasiya cəmiyyəti (II buraxılış), 1 respublika elmi konfransı, 1 onlayn dialoq, 19 məqalə və konfrans materialı (bunlardan 5 xarici), 45 internet materialı,1 vebinarda çıxış yerinə yetirilmişdir.
Pandemiya dövründə İnstitututda 1 online beynəlxalq elmi konfrans, 1 elektron almanax (Covid-19 Pandemiya dövründə fəlsəfə), 17 Konfrans materialları, 21 KİV də məqalələr çap edilmişdir.
Ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı 3 monoqrafiya(f.e.d.,Qurbanov Füzuli və t.e.d., Mədətli Eynulla Yadulla oğlu «Bir millət iki dövlət (fəlsəfi-tarixi təhlil), ped.e.ü.f.d., Habil Həmidov «Armenian aggression against the Azerbaijani people and its cultural heritage».), 20 məqalə (bunlardan 6-sı xaricdə),15 konfrans materialları, 60 məqalə KİV-də, 10 televiziya verilişlərində çıxışlar yerinə yetirilmişdir. Fəlsəfə və Sosiologiya İnstitutunun kollektivi Silahlı Qüvvələrin Yardım Fonduna könüllülük prinsipi əsasında 6000 (altı min) manat yardım ediblər.
2020-ci ildə İnstitut əməkdaşlarının əsərlərinə google scholar bazasında 687 istinad edilmişdir.
2020-ci il ərzində İnstitutun 41 əməkdaşı 14 ölkədə Rusiya, Türkiyə, Bolqarıstan, İtaliya, Amerika, Kanada, Qazaxıstan, Qırğısıstan, Özbəkistan, Tacikistan, Hindistan, Ukraynada keçirilmiş beynəlxalq onlayn konfranslarda məruzələr ilə çıxışlar etmişlər.
Hesabat ilində 3 beynəlxalq, 8 respublika elmi-nəzəri onlayn konfrans, həmçinin 5 ümuminstitut seminarı və 3 tədbir kecirilmişdir.
AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d., Məmmədzadə İlham Ramiz oğlu-“Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə (5 fevral 2020-ci il)., «Müasir siyasətin fəlsəfəsi» şöbəsinin müdiri, f.e.d., prof. Mirzəzadə Rəna Rza qızı-AMEA Reyasət Heyəti Fəxri Fərmanı ilə (5 mart 2020-ci il).,«Multikulturalizm və tolerantlıq fəlsəfəsi» şöbəsinin müdiri, f.e..d., Quliyeva Xatirə Nəcəfqulu qızı-AMEA-nın Fəxri Diplomu ilə ,«Azərbaycan fəlsəfə tarixi» şöbəsinin müdiri, f.e.d., Hacıyeva Arzu Əşrəf qızı AMEA Prezidentinin Fəxri Fərmanı ilə,“İctimaiyyətlə əlaqələr » şöbəsinin müdiri Məmmədova Bahar Məmməd qızı AMEA-nın İctimai Elmlər Bölməsinin Fəxri Fərmanı ilə təltif edilmişdirlər.