22.12.2020, 13:58 - Baxış sayı: 1039

“Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” adlı kitab nəşr olunub


“Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” adlı kitab nəşr olunubBu günlərdə “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq” (Bakı, 2020, “Elm və təhsil”, səh.448.) adlı toplu işıq üzü görmüşdür. AMEA-nın birinci vitese-prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifi olduğu topluda müdirk siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılır. Bu irsdəki milli kimlik, milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası, dövlət quruculuğunda tarixi və sosial yaddaş, dil və siyasət məsələləri, etik prinsiplər və dövlətçiliyimizi gücləndirən digər amillər müxtəlif istiqamətlərdən olan elmi mənbələrlə təhlil olunaraq geniş oxucu dairəsinə təqdim edilir.
Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının 2020-ci il 12 iyun tarixli, 3 saylı iclasının qərarı ilə çapa məsləhət görülən toplunun elmi redaktoru AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə, redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini t.e.d Eynulla Mədətli və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, məsul katibi isə Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Telman Quliyevdir.