Prezident İlham Əliyevin adı əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!
Günel Məlikli
Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru
AMEA YAP İdarə heyətinin üzvü,
Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev yüksək nüfuzu, müdrikliyi, novatorluq və digər keyfiyyətləri özündə təcəssüm etdirən, dövlətimizin inkişaf etməsi, mənəvi dəyərlərimizi qoruması, daima xalqın güzəranı üçün gərgin, səylə çalışması, ölkəmizdə və beynəlxalq miqyasda dövrün yeni lider olduğu sübut edildi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırdı: “Üzümü Sizə-həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Məhz ulu öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla davam etdirilməsi sayəsində bu gün ölkə daxilində böyük nüfuza və geniş beynəlxalq əlaqələrə malik olan Yeni Azərbaycan Partiyası Azərbaycan siyasi palitrasının ən güclü təşkilatı qismində çıxış etməkdədir.
Cənab İlham Əliyev Prezident seçildiyi elə ilk gündən ağıllı dövlət xadimi kimi iqtisadiyyatın birqütblü, birtərəfli inkişafının, ölkənin neft gəlirlərindən asılılığının yolverilməz olduğunu qətiyyətlə bəyan etdi. Azərbaycanda qeyri-neft sektorunun işlək hala salınmasını, sahibkarlığın vüsət almasını, kənd təsərrüfatının dinamik inkişafını, tarixi, məşğulluq ənənələrinin bərpası istiqamətində təcili, təxirəsalınmaz işlərin həyata keçirilməsini tələb etdi.
Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur.
Cənab İlham Əliyev Prezident seçiləndən sonra Heydər Əliyevin siyasi kursunu davam etdirəcəyini və bunu əməli surətdə həyata keçirməsini bəyan etməsi ilə hər bir Azərbaycan vətəndaşının arzusunu reallaşdırdı. Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi isə ilk növbədə əldə edilən uğurların daha da çoxalması, dövlətçiliyimizin əbədiliyi deməkdir.
Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi dahi şəxsiyyətin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi.
Belə ki, xalqımız yaxşı bilirdi ki, Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur bir ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnən, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşan cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir.
İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi bağlılığına, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir.
Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib.
Bu fikri bir qədər də konkretləşdirib vurğulamaq istərdim ki, ötən 17 il ərzində cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqləyib.
Yüzlərlə tarixi bina, muzey, teatr və kitabxanada genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb, onlar yeni avadanlıqla təchiz edilib. Ölkənin ali məktəblərində, elmi mərkəzlərdə, respublika Milli Elmlər Akademiyasının müəssisələrində də analoji işlər aparılıb.
OğuzQəbələ-Bakı su kəməri xətti çəkilib, ən iri sutəmizləyici qurğu tikilib, regionlarda çoxsaylı subartezian quyuları qazılıb, yüzlərlə modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, əhalinin içməli su ilə fasiləsiz təchizatı təmin olunub.
Son 17 ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə böyük iş aparılıb. Ölkədə bütün çadır düşərgələri və “fin evləri”ndən ibarət qəsəbələr ləğv edilib, yüzdən çox yeni qəsəbə və şəhərcikdə 300 mindən çox insan yerləşdirilib. Şəhid ailələri, müharibə veteranları və əlilləri xüsusi qayğı ilə əhatə olunub.
Sosial sahədə islahatlar inqilabi xarakter daşıyıb. Pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər yüz faizdən çox artırılıb.
Dövlət qulluqçularının, hüquq-mühafizə orqanları işçilərinin, hərbi qulluqçuların və başqalarının əməkhaqqı artırılıb.
Ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb. Dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistem şəklində birləşdirən “ASAN xidmət” və “DOST” Azərbaycanın brendlərinə çevrilib.
Ötən illər ərzində Azərbaycanın xarici siyasət kursu da milli maraqlar çərçivəsində bir sıra keyfiyyət dəyişiklikləri edilməklə uğurla həyata keçirilib. Dövlətimizin başçısının xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, özünün nümayiş etdirdiyi peşəkar siyasi məharət, milli məqsədlər naminə dünyanın ən nüfuzlu tribunalarından diplomatik bacarıqla istifadəsi Azərbaycan dövlətçiliyi və nüfuzu baxımından mühüm əhəmiyyət kəsb edib. Bu müddətdə Azərbaycan qonşu və uzaq dövlətlərlə mehriban dostluq və beynəlxalq hüquq normalarından irəli gələn şərtlər çərçivəsində münasibətlərini xeyli gücləndirib.
Avroatlantik məkana inteqrasiya istiqamətində mühüm nailiyyətlər qazanan, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni səhifələr açılıb. Əvvəllər münasibətlərimiz, ümumiyyətlə, mövcud olmayan və ya sadəcə diplomatik əməkdaşlığımız olan ölkələrlə hərtərəfli əlaqələr qurulub, münasibətlər daha da dərinləşdirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 17 ildə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti və ugurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür. XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər baş verib.
Fikrimcə, bu dəyişikliklər sırasında ən mühümü vətəndaş cəmiyyətinin inkişafında əsas amilə çevrilən insan kapitalıdır.
Əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsində nailiyyətlər idisə, hazırda bu, insan kapitalıdır. Sabitlikdən innovasiyalı, sosial orientirli mərhələyə keçən indiki Azərbaycanda bu, xüsusilə mühüm önəm daşıyır.
Prezident İlham Əliyevin inkişaf strategiyasının əsas mahiyyəti də bundan ibarətdir. “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz vardır. Ancaq bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdilər.
Sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan – Ermənistan təmas xəttində baş verən hadisələrə həsr olunmuş verilişdə cənab Prezident sərrast, məntiqli, peşəkar və qətiyyətli çıxışı ilə əsl həqiqəti rusdilli auditoriyaya çatdıtrmaqla, Ermənistan rəhbərliyinin məkrli siyasətini göstərməklə etmklə yanaşı, həm də rus ekspertlərinin səsləndirdiyi kimi, Paşinyanı darmadağın etdi.
Bu sözlər Prezident İlham Əliyevin xalqa müraciətindəndir: “...İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir. Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq, kim-kimdir?! Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir”.
Azərbaycan Prezidentinin xalqa müraciəti öz təsbitləri, təsdiq və çağırışları bir əsərdir – həqiqət və cəsarət əsəri!
Xalqımız öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə dünyanı qarşısına alacaq qədər böyük qətiyyətini bir daha gördü.
Cənab Prezidentin televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz idi.
Cənab Prezidentin dediyi kimi “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”
Ümumilikdə, Azərbaycan Prezidentinin günlər ərzində "Əl-Cəzirə”, "Əl-Ərəbiyyə”, "TRT Haber”, "Pervıy Kanal”, "CNN-Türk, "Evronyus” televiziya kanallarına verdiyi müsahibələrdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, habelə cəbhə zonasındakı son hərbi əməliyyatlarla bağlı aydın, səlis, qətiyyətli fikirləri ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Gənclərimizin hər birini cənab prezident İlham Əliyevin xalqa müraciətini təkrar dinləməyə, öyrənməyə çağırıram. Bu, günümüzün güzgüsüdür!
Biz bu günlər tarixi anlar yaşayırıq. Ali Baş Komandanımız, şanlı ordumuz və xalqımız tarix yazdı!
Ən əsası, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, uğurlu döyüş əməliyyatları, qazanılmış qələbələr ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin tam bərpa olunmasını təmin edib.
10 noyabr Möhtəşəm zəfər paradı...
Bu parad qalib ordu, qalib xalq, prezident birliyinin simvolikasına çevrildi.
Azərbaycan xalqı 1945-ci ildə Sovetlər Birliyinin Hitler Almaniyası zərində qazandığı tarixi qələbə münasibətilə Moskvada keçirilən paraddan sonra bu cür mühüm hadisəni görməmişdi.
Azərbaycan 30 ildən sonra torpaqlarının işğaldan azad edildiyini, doğma torpaqlarına qovuşduğunu göstərdi.
Bu parada görə biz cənab prezidentimiz İlham Əliyevə borcluyuq.
Çünki bu zəfər paradının senari müəllifi və bütün kompozisiyaların müəllifi də məhz O, Ali Baş Komandanımız İlham Əliyev idi.
Paradda diqqəti cəlb edən məqamlardan biri Silahlı Qüvvələrimnizin işğaldan azad olunduğu ərazilərdə ermənilərdən qənimət kimi götürdüyü və daha çox mülki avtomobillərə aid nömrə nişanlarından hazırlanmış iztalyasiya və Qarabağ Azərbaycandır! şüarı
3000 nəfərdən artıq şəxsi heyətin, 150-ədək hərbi texnikanın, silahlanmaya yeni qəbul edilmiş hərbi texnikanın, raket və artireliriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin və eləcədə hərbi gəmi və katerlərinin nümayiş etdirildiyi paradda çıxış edən Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində əsl qəhrəmanlıq göstərən Azərbaycan ordusuna siravi əsgərlərdən tutmuş zabit heyətinə qədər hər kəsə təşəkkür etdi.
Dəmir yumruğ isə, Azərbaycan dəmir yumruğunun qarşısında heç bir gücün dayana bilməyəcəyini göstərdi. Cənab Prezident İlham Əliyevin Zəfər Paradında vurğuladığı kimi: "...Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi.
Ali Baş Komandan deyib ki, bu, tarixi hadisədir: “Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyinə qaldırılmış bayraq gətiriləcəkdir. Demişdim ki, gün gələcək və bu gün işğal altında olan torpaqlarda qaldırılan Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcəkdir. Bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.”
"Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır”.
Cənab Prezident çıxışında qeyd etmişdi: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik.
Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.
Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.
Bu yerdə ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətindəki “ona özüm qədər inanıram” sözlərini yenidən xatırladım və buna cavab olaraq onun müqəddəs ruhuna üzümü tutub demək istəyirəm: “Sözünüzdəki bu qətiyyət sizin müdrikliyinizin, uzaqgörənliyinizin və dahiliyinizin daha bir təsdiqi oldu. İndi İlham Əliyevə ən azından sizin qədər bütün xalqımız, bütün Azərbaycan inanır”.
"Sia.az"