“Bu böyük Qələbə Sizin yorulmaz əməyinizin nəticəsidir”
Azərbaycan Silahlı Qüvvələr Hərbi Akademiyasının professoru, AMEA YAP İdarə Heyətinin üzvü, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, Bakı Dövlət Universitetinin “Politologiya və sosiologiya” kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Sizi böyük Qələbə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bir gənc olaraq səmimi qəlbdən təbrik edirəm.
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azadlığı uğrunda sentyabrın 27-də başlayan Vətən müharibəsində Sizin, Cənab Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsinə gənclər, bütövlükdə xalq inanırdı.
Möhtərəm cənab Prezident, Siz böyük qətiyyətinizlə müqəddəs torpaqları düşmən tapda¬ğından qurtararaq, dünyada ədaləti bərpa etdiniz. Bununla da dünya hərb tarixində rast gəlinməyən, analoqu olmayan bir səlnamə yazıldı.
Bu böyük Qələbə Sizin yorulmaz əməyinizin, böyük ustalıqla formalaşdırdığınız diplomatiya¬nızın məhsulu, ardıcıl surətdə yürütdüyünüz müdrik siyasətinizin nəticəsidir.
Mən bir gənc kimi, çox xoşbəxtəm ki, Sayənizdə Azərbaycan tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldum.
Sizin xalqa müraciətiniz öz təsbitləriniz, çağırışlarınız bir əsərdir – həqiqət və cəsarət əsəri!
Bu, günümüzün güzgüsüdür.
Xalq öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə dünyanı qarşısına alacaq qədər böyük qətiyyətini bir daha gördü.
Cənab Prezident!
Siz xalqımızın alternativsiz lideri, yeganə inam ünvanı, Xilaskarısınız. Mümkünsüzü mümkünə çevirən Qəhrəmansınız.
Düşməndən qisasımızı alan qüdrətli Sərkərdəsiniz!
Cənab Prezident!
Sizin adınız xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaq.
Bugünün gəncliyinə ünvanlanmış:
"Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm" sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.
Sizin siyasi kursunuzun tədqiqatına həsr olunmuş “Azərbaycan Respublikasının milli inkişaf sistemi: İlham Əliyevin siyasi strategiyası kontekstində” dissertasiya işini tədqiqatçısı və “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” kitabının müəllifi olmağımla qürur duyuram.
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
24 dekabr tarixi bütün gənclər, bütün azərbaycanlılar üçün özəl gündür!
Cənab Prezident, cənab Ali Baş Komandan!
Sizi ad gününüz, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirəm.
Uca Allah Sizi qorusun”.
"525.az"