Milli identiklik və vətənpərvərlik
Ziba Ağayeva
“Heydər Əliyevin siyasi irsi və
azərbaycançılıq fəlsəfəsi”şöbəsinin baş elmi işçisi
Vətənin sevməyən insan olmaz
Olsa da, ol şəxsdə vicdan olmaz
Abbas Səhhət
Xalq - dövlət - ordu arasındakı sarsılmaz birlik, ümummilli vəhdət güclü iqtisadiyyat, modern, möhtəşəm hərbi qüdrət Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində torpaqlarını işğal altında saxlayan Ermənistana sarsıdıcı zərbə endirərək hərb meydanında qalib gəlməsini şərtləndirdi. Bu zəfər ölkə ərazisində yaşayan bütün milli azlıqların, bütövlükdə Azərbaycan xalqının milli özünüdərkinin, bütövlükdə isə azərbaycançılıq ideologiyasının misilsiz təntənəsinin bariz nümunəsi kimi özünü göstərdi.
Qədim dövrlərdən üzü bəri Azərbaycanda çoxmədəniyyətli cəmiyyətin mövcudluğu ölkə ərazisində məskunlaşmış bütün milli azlıqların tolerantlıq, mədəniyyətlərarası dialoq, vətəndaşlıq şəraitində birgə, yanaşı yaşamasını, qarşılıqlı ünsiyyətdə olmasını, mədəniyyətlərinin mühafizəsi və inkişafını şərtləndirsə də, eyni zamanda milli identikliyin yüksək səviyyədə formalaşması dövlətçiliyimizin və birliyimizin möhkəmlənməsi, Azərbaycanın modernləşməsi istiqamətində ən zəruri amillərdən biri olmuşdur. Xüsusilə, qeyd etmək lazımdır ki insanın anadan olduğu, dədə-babalarının yaşadığı, soykökünün mənsub olduğu, torpaqla, vətənlə bağlı emosional hissləri, vətənpərvərliyi olmadan, stabil milli identikliyin inkişafı qeyri-mümkündür. Çünki vətənpərvərlik - milli identikliyin əsası, nüvəsidir. Bu səbəbdən milli identikliyin dərk olunmasında onun əsas, zəruri elementi olan vətənpərvərliyin milli identiklik aspektindən tədqiqi maraq döğurur.
Qeyd etmək istərdik ki, dünyanın hər yerində vətənpərvərlik daxili və xarici (kosmopolit) amillərin təsiri altında daima dəyişməkdə olan hiss və emosional duyğudur. Azərbaycanda da hal-hazırda vətənpərvərlik və milli ruh hissinin son dərəcə yüksək olduğu bir zamanda ona təsir göstərən daxili və xarici amillər mövcuddur:
Daxili amillər sırasında iyirmi səkkiz ildən sonra qırx dörd günlük Qarabağ müharibəsində Azərbaycanın misilsiz tarixi qələbəsi və dünyada kovid infeksiyasının tügyan etdiyi bir zamanda ölkədə bütün sahələrdə gedən modernləşmə proseslərinin ağır iqtisadi şərtlər altında zəifləmiş olsa da, davam etməsi əhəmiyyətli yer tutur. İşğaldan iyirmi səkkiz il ötsə də xalqımız bir gün də olsun torpaq itkisi ilə barışmamış, Qarabağı qaytarmaq ümidini itirməmişdi. Və nəhayət Vətən müharibəsində ölkəmizin hərbi qüdrəti, əsgərlərimizin şücaəti, xalqımızın vətənpərvərliyi, “dəmir yumruq” kimi birliyi, milli ruhu qələbəmizin rəhninə çevrildi. Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən Ali Baş Komandan əsgərlərlə görüşdə qeyd etdiyi kimi Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi: “İndi mənə məlumat verilir ki, dünyanın aparıcı ölkələrində, ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir. XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh və qəhrəmanlıq hesabına torpaqlarımızı işğaldan azad etmişik!” (azpolitika.info 23.12.2020).
Xarici amillər, müasir dövrdə dünyada gedən məqsədyönlü proseslərin Azərbaycan cəmiyyətinə, xüsusilə sosiomədəni mühitə təsirində özünü göstərir. Bəzi hallarda belə proseslər ictimai şüurdan Vətən obrazını, vətənə məhəbbət, sədaqət duyğularını, milli ruh, milli düşüncə hisslərini silmək, vətənin qəhrəmanlıq tarixinə, milli yaddaşa biganəlik hissi doğurmaq, vətənpərvərliyin və milli identikliyin formalaşmasına mənfi təsir göstərmək məqsədini daşıyır. Qarabağ müharibəsindəki Zəfərimiz belə təsirlərin Azərbaycanda uğursuz olduğunu bir daha sübut etdi.
Qeyd etmək lazımdır ki, vətənpərlik milli identikliyin tərkib hissəsi kimi təhlil olunarkən, dövlətin və xalqın “Vətən” anlayışının siyasi formasına çevrilməsi məsələsi ortaya çıxır. İnsan öz milli dövlətinə mənsubiyyət hissini, öz ölkəsinə münasibətini emosional hisslərlə bildirir. İdentikliyin bu formada təzahürü nəticəsində vətənpərvərlik ayrı-ayrı insanları, sosial qrupları, etnosları birləşdirməklə, ümummilli həmrəylik yaradır. Bu aspektdən vətənpərvərlik azərbaycançılıq ideologiyasının əsas tərkib hissələrindən biri kimi müxtəlif etnik millətləri vahid Vətən, sarsılmaz, mənəvi birlik, vahid amal, vahid mənəvi dəyər ətrafında birləşdirir. Bu isə ictimai şüurda “milli identiklik”, “Azərbaycan xalqı” anlayışlarının formalaşmasına, vahid məqsəd ətrafında birləşməsinə, üzvi vəhdət yaratmasına və bu yolda sonadək getməsinə təsir göstərir. Məsələn, şəhid sözü islam dini ilə bağlı bir ifadədir. Lakin Şəhidlər xiyabanında ermənilərin əsassız torpaq iddiası ilə bağlı Azərbaycana qarşı müharibəsində vahid, bölünməz vətən uğrunda müharibədə şəhidlik zirvəsinə yüksəlmiş Azərbaycan türkləri ilə yanaşı yəhudi, rus (xristianlar), talış, ləzgi, avar və digər xalqların nümayəndələri uyuyur. Bu vətənpərvərlik əxlaqıdır, yüksək mənəviyyat mücəssiməsidir, vicdanın səsidir. Buna yəqin ki, Azərbaycandan başqa heç bir ölkədə rast gəlmək olmaz.
Bu gün Azərbaycanda cəmiyyətin inteqrativ əsası kimi vətənpərvərliyin rolunun daha da güclənməsi prosesi gedir. Bu onunla şərtlənir ki, məhz vətənpərvərlik şüuru, milli ruh və sarsılmaz vəhdət vətəndaşlıq mövqeyinin və sosial fəallığın determinantı olmaqla yanaşı, eyni zamanda şəxsiyyətin özünüidentikləşdirməsi prosesinə öz təsirini göstərmişdir. Bu kontekstdə insanın şəxsi və sosial identikliyinin tərkib hissəsi olan vətənpərvərlik, onun dünyagörüşünün, təsəvvürlərinin və emosional hiss və həyəcanlarının mürəkkəb sisteminə çevrilir.
Milli identiklik fərdin, konkret dövlətin identik ərazisi, siyasi - mədəni - tarixi və əhalisinin ən universal üsulla birliyini ifadə edir. Təsadüfi deyil ki, Azərbaycan ərazisində yaşayan bütün etnik millətlər mədəniyyətlərin dialoqu şəraitində öz milli identikliklərini, mədəniyyətlərini, milli-mənəvi dəyərlərini tarixin bütün inkişaf mərhələlərindən keçirərək, müasir dövrümüzə qədər saxlasalar da, Vətən müharibəsində multikultural cəmiyyətdə boya-başa çatan əsgərlərimizin, bütövlükdə xalqımızın vətən sevgisi milliyətindən, dilindən, dinindən asılı olmayaraq azərbaycançılıq ideologiyası ətrafında vahid vətəndə vahid məqsəd uğrunda vahid xalq kimi birləşdirmək qüdrətini bir daha sübut etdi.
Milli identiklik “ənənəçilik” və “vətənpərvərlik” anlayışları ilə bağlı olan möhkəm dəyərə “nüvəyə” malikdir. Ənənəçilik ilk növbədə adət və ənənələrə, milli-mənəvi dəyərlərə hörmət anlamını ifadə edirsə, vətənpərvərlik Hegelə görə “Öz sərvət və həyatını xalqla vəhdət naminə verməyə hazır olmaq əhval-ruhiyyəsi, üstəlik ayrıca fərd ümumi iş xatirinə öz iradəsi ilə nə qədər çox fəaliyyət göstərə bilirsə, deməli, dövlətə etimad hissi bir o qədər güclü olur” (Гегель Г. В. Ф. Работы разных лет: В 2 т. М., 1971. Т. 2. С. 70) anlamını verir. Göründüyü kimi Hegel vətənpərvərliyin iki tərkib hissəsini- siyasi və ya dövlət (“dövlətə etimad”) və sosial və ya vətəndaş (“xalqda bütövlük naminə” –öz mədəniyyətinə, torpagına, vətəninə məhəbbət) müəyyənləşdirməkdə haqlı olmuşdur. Çünki tarix sübut edir ki, milli identiklik “birlik obrazı”nın rəmzi olmaqla yanaşı, dövlətə inamın təcəssümüdür. Milli identikliyin “nüvəsində” üfüqi istiqamətdə mənəvi və təbii identikliklər, şaquli istiqamətdə kollektiv və dövlət identiklikləri birləşərək, onu möhkəmləndirir.
Vətənpərvərlik ailədən başladığından təbii identiklik dəyər “nüvəsinə” aid edilir. Sonrakı mərhələdə mənəvi identikliyin inkişafı məktəbə transfer olunur və xüsusi əhəmiyyət daşıyır. Rəvayətə görə Prussiyanın kansleri, sonralar isə ıBirləşmiş Almaniyanın kansleri olmuş Bismarkın Fransa-Prussiya müharibəsində “Sadovo ətrafındakı döyüşdə qələbəni prussiya müəllimi qazanmışdır” (https://www.google.com/search?) ifadəsi məktəblərdə vətənpərvərlərin tərbiyəsi və təbliğinin əhəmiyyətini bir daha önə çəkir.
Vətənpərvərlik mənəvi dəyərlərin əsas tərkib hissəsi olmaqla yanaşı, eyni zamanda Azəraycançılıq ideologiyasının prioritet dəyərlərindəndir. Vətənpərvərlik Azəraycançılıq ideologiyasının ümummilli ideoloji əsası olub, mənəvi mahiyyət daşımaqla yanaşı, birləşdirici və möhkələndirici funksiyanı yerinə yetirir. Vətənpərvərlik, yüksək dərəcədə vətənə məhəbbət olub, öz varlığını, şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də, insanın mənsub olduğu millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə söykənən, milli hissiyyat və ya milli qürür kimi də hallanır. Bura vətəninin bayrağını uca tutmaq, onunla qürur duymaq, mədəni və maddi sərvətini qorumaq, şöhrətini artırmaq, öz xalqının marağına xələl gətirməmək və sair kimi keyfiyyətlər də aid edilir. “Vətənpərvərliyin əsasında tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir” (http://az.wikipedia.org/).
Azərbaycançılıq ideologiyası Azərbaycanın tarixi inkişafının, rəngarəng sivilizasiyasının, güclü dövlətçiliyinin, milli mədəniyyətinin, identikliyinin, mənəviyyatının qorunmasına istiqamətlənmiş milli ruhlu ideologiya olduğundan, bütövlükdə Azərbaycanın milli-dövlətçilik maraqlarının, iqtisadi qüdrətinin müdafiəsini öz üzərinə götürür. 2 fevral 2001-ci il Azərbaycan gənclər günü münasibətilə görüşdə Ümummilli lider Heydər Əliyevin öz nitqində dediyi: “Gənclər çox şeyi bilməlidirlər. Birinci növbədə hər bir gənc vətənpərvər olmalıdır. İndi, Azərbaycan müstəqil dövlət kimi yaşadığı zamanda vətənpərvərlik hər bir insanın, xüsusən hər bir gəncin ən ümdə borcu, vəzifəsidir. Ancaq vətənpərvərlik gərək insanın qəlbində olsun. Borc o demək deyildir ki, vətənpərvərlik tələb edirsən, o da vətənpərvər olur. Yox. Mən bunu deyərkən bildirmək istəyirəm ki, bütün təhsil ocaqlarında, gənclərlə məşğul olan bütün təşkilatlarda vətənpərvərlik hissinin aşılanması, vətənpərvərlik hissinin hər bir gəncin qəlbində olması üçün lazımi tədbirlər görmək lazımdır” (Əliyev Heydər. Müstəqilliyimiz əbədidir. XXXII kitab. Bakı: Azərnəşr, 2010, s.105) ifadəsi bunu bir daha sübut edir.
Vətənpərvərlik və milli-mənəvi dəyərlərə sədaqət XXI əsrdə modernləşmə xəttinin sosial-siyasi, ideya-mənəvi əsasını təşkil edir. Müair dövrdə dünyada sürətlənən inteqrasiya, beynəlmiləlləşmə prosesi fonunda, demokratiyanın geniş vüsət aldığı bir zamanda digər məsələlər sırasında, milli mədəniyyətin, tarixin, milli-mənəvi dəyərlərin, identikliyin, özünəməxsusluğun qorunub saxlanması məsələləri ön plana çəkilir. Bu sırada Azərbaycançılıq ideologiyasının tərkib hissələridən biri olan vətənə sevgini, sədaqəti, milli ruhu, dəyanəti, dözümlülüyü özündə ehtiva edən vətənpərvərliyin rolu şübhəsizdir.