12.01.2021, 12:16 - Baxış sayı: 503

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşının məqaləsi ABŞ-da çap olunacaq


Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşının məqaləsi ABŞ-da çap olunacaqABŞ-ın Stenford Universiteti AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi f.ü.f.d. Heydər Aslanovun “Kibernetik transgressiya və Diogenin axır çəlləki” məqaləsini çapa qəbul edib.
Məqalə 2021-ci ilin “Təhsil innovasiyalar və fəlsəfi araşdırmalar” 2-ci Beynəlxalq Konfrans ərəfəsində Universitetin “Təhsil, texnologiya və psixologiyada irəliləyişlər” adlı həcmində (WoS indeksli) çap olunacaq.