Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri beynəlxalq onlayn-konfransda iştirak edib
Qazaxıstan Respublikasının Almata şəhərində orta əsrin məşhur filosofu Əbu Nəsr əl-Fərabinin 1150 illiyinə həsr edilmiş beynəlxalq onlayn-konfrans keçirilmişdir. Konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Davamlı inkişafın fəlsəfəsi" şöbəsinin müdiri f.e.d., professor Sakit Hüseynov iştirak etmişdir. Konfransda prof.S.Hüseynov “Orta əsrlərin böyük mütəfəkkir filosofu Əbu Nəsr əl-Fərabi və müasirlik” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində "Şərqin Aristoteli" adlandırılan Fərabi yaradıcılığını şərh etmiş, onun əsərlərinin müsəlman şərqində geniş şəkildə yayıldığını vurğulamışdır. Qeyd etmişdir ki, qədim Yunan fəlsəfəsinə, o cümlədən Aristotel fəlsəfəsinə dərindən bələd olan Fərabinin yaradıcılığı geniş bir sahəni əhatə edir. əl-Fərabinin fəlsəfi ideyaları orta əsrlərdən indiyə qədər öz elmi əhəmiyyətini qoruduğuna görə yenə də öz aktuallığını saxlamaqdadır. Məruzə konfrans materiallarında nəşr edilmişdir.