20 YANVAR FACİƏSİ TARİXİMİZİN QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
Günel Məlikli,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ müdafiə naziri D.Yazovun rəhbərliyi altında qoşun hissələri müxtəlif istiqamətlərdən barrikadaları dağıdıb əliyalın əhaliyə ağır texnikadan və müxtəlif tipli silahlardan atəş açaraq şəhərə daxil oldular.
1990-cı il yanvarın 20-də gecə xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakının Sovet ordusu tərəfindən zəbt olunması təmin edildi. Bu qanlı aksiya nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün həqiqi mənasında ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.
1990-cı il yanvarın 22-də xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin 20 Yanvar hadisələri ilə bağlı sessiyası çağırılsa da, respublikanın əksər siyasi və dövlət rəhbərləri orada iştirak etmədi. Respublika rəhbərliyinin hətta şəhidlərin dəfn mərasimində də iştirak etməməsi, zənnimizcə, təkcə öz vətəndaşlarına laqeyd-biganə münasibət məsələsi deyildi, həm də mənəviyyat məsələsi idi. Və xalqımıza qarşı törədilmiş cinayət əslində açılmamış qalmışdı. Bu azmış kimi Sovet hakimiyyəti dövründə 20 Yanvar hadisələri ilə bağlı olan, müxtəlif şəxslər tərəfindən toplanıb Dövlət İstintaq Komissiyasına konkret sənədlər, dəlil və sübutlar Azərbaycandan çıxarılıb aparılmışdı. Müvafiq orqanlar o zaman nəinki zəruri istintaq tədbirlərini həyata keçirdilər, hətta həmin hadisələrlə bağlı bir sıra məxfi sənədlər, o cümlədən əhəmiyyətli arxiv sənədləri bütövlüklə və ya qismən məhv edildi. Eyni zamanda, 20 Yanvar hadisələri şüurlu surətdə müəyyən təhriflərlə, yanlış yozumlarla respublika əhalisinə çatdırılmışdı.
Ulu öndər Heydər Əliyev “1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə qiymət verilməsi haqqında” qərar layihəsini hazırlayaraq 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisinin müzakirəsinə təqdim etdi. Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul edilən qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilir, kütləvi qırğın təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi.
Həmin qərarda 20 Yanvarın hər il Naxçıvan MR-də matəm günü kimi qeyd olunması məsələsi də öz əksini tapmışdı.
Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə tövsiyə olundu ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilsin. Milli Məclis həmin məsələyə xüsusi sessiya həsr etdi, geniş və əsaslı müzakirələr apardı, hadisələrin əsl səbəblərini açıqladı, həqiqi günahkarları müəyyənləşdirdi.
Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə 1990-cı ilin 20 Yanvarında törədilmiş faciəli hadisələrə siyasi-hüquqi qiymət verildi.
1995-ci il 20 Yanvar faciəsinin 5-ci ildönümü ilə bağlı çıxışında Heydər Əliyev söyləmişdir: “Azərbaycan xalqı üçün bu gün həm qəhrəmanlıq səhifəsidir, həm də böyük faciə səhifəsidir. 20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları o dövrdə xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. üsyan etmək istədilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi, Azərbaycanı sıxmaq, xalqımızı bölmək istədi. Azərbaycan xalqı qurbanlar verdi. O gün faciəli gün oldu, biz şəhidlər verdik, qan töküldü.
Azərbaycanın torpağı, Bakı şəhəri qana bələndi. Ancaq eyni zamanda bizim qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar. O şəhidlər burada - Azərbaycanın, Bakının ən mötəbər, gözəl guşəsində əbədiyyətə qovuşublar.
Biz onların məzarları qarşısındayıq. Biz bu məzarları daim yad edəcəyik. Bura Azərbaycan xalqı üçün böyük bir ziyarətgaha çevrilibdir. Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər Xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlıq uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları, Azərbaycan Respublikasının, Azərbaycan torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir...”.
1990-cı ilin soyuq yanvar günlərində azərbaycanlılara qarşı törədilən misilsiz vəhşiliklər, nə qədər amansız və dəhşətli olsa da, xalqımızın iradəsini sındıra, onun azadlıq istəyini boğa bilmədi. 20 Yanvarın ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük tarixi əhəmiyyəti var.
Vətən uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.
Azərbaycan Respublikası müstəqilliyin əldə edilməsi və möhkəmləndirilməsi, əbədiyaşar olması istiqamətində qətiyyətlə, əzmkarlıqla irəliləyərək XX əsrin sonlarında yenidən öz müqəddəs amalına - müstəqilliyə qovuşdu, onu qoruyub möhkəmləndirməyi bacardı, bütün dünyada nüfuzunu artıraraq qüdrətli dövlət oldu.
Bu gün ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etdi.
Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.
Prezident İlham Əliyev bir daha vurğulayıb ki, bu qanlı faciə, Sovet İttifaqı zamanında dinc əhaliyə qarşı törədilən ən amansız qanlı cinayət idi: “O vaxtadək Sovet ordusu dinc əhaliyə qarşı heç vaxt bu qədər qəddarlıqla, vəhşiliklə cəlb edilməmişdi. Yüzlərlə insan həlak oldu, itkin düşdü, yaralandı. Bu cinayəti törədənlər Sovet İttifaqının o vaxtkı rəhbərliyi və Azərbaycanın o vaxtkı yerli rəhbərliyi idi. Ancaq dərd orasındadır ki, faciə günündən keçən 3-4 il ərzində Azərbaycanda heç kim, heç bir vəzifəli şəxs, heç bir dövlət qurumu bu faciəyə siyasi qiymət verməmişdi. Lakin Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra Onun təşəbbüsü ilə Milli Məclis siyasi qərar qəbul etdi, cinayətkarları öz adları ilə adlandırdı və ədaləti bərpa etdi”.
Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdilər.
Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli Ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi.
Cənab Prezident çıxışında qeyd etmişdi: “Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik.
Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.
Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
Ali Baş Komandan İlham Əliyev Azərbaycanı gücləndirərək elə bir səviyyəyə çatdırdı ki, ordumuz Ermənistanın işğal siyasətinə son qoydu, torpaqlarımızı azad etdi. Bununla həm də Ulu Öndərin arzuları çin oldu, vəsiyyəti yerinə yetirildi. " Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” - deyə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciəti zamanı bildirmişdi.
"İkisahil.az"