Fəlsəfə və Sosiologiya İnstitutunun alimlərinin məqaləsi BMT-nin «Diplomatic Insight» jurnalında nəşr edilib
Birləşmiş Millətlər Təşkilatının 75-ci ildönümü münasibətilə BMT-nin Rəhbər Nümayəndələrinin, Beynəlxalq Təşkilatların rəhbərlərinin, tanınmış alimlərin və Pakistanda çalışan müxtəlif ölkələrin səfirlərinin məqalə və mesajları Pakistan İslam Respublikasının nüfuzlu «Diplomatic Insight» jurnalının xüsusi buraxılışında nəşr etdilmişdir.
Jurnalda BMT-nin baş katibi Antonio Quttereşin, Pakistan İslam Respublikasının Presidenti Dr. Arif Əlvinin, Baş nazir İmran Xanin, BMT-ın Baş katibinin müavini və icraçı direktoru, BMT-nin İqtisadi və Sosial məsələləri üzrə katibi xanım Armida Salsia Alisjahbananın məqalələri ilə yanaşı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun professoru Sakit Hüseynovun və fəlsəfə üzrə fəlsəfə doktoru Zöhrə Əliyevanın «What is the Future for the UN? or «The World is more than Five» adlı məqaləsi də çap edilmişdir.