BMT-nin gələcəyi necə olacaqdır? Yaxud “dünya beşdən böyükdür”
Baş qərargahı Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatı (BMT) dünya ölkələrində sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı, insan hüquqlarının müdafiəsi məqsədilə yaradılmış ən böyük səlahiyyətli beynəlxalq təşkilatdır.
BMT-nin yaranması 1 yanvar 1942-ci il tarixində ABŞ Prezidenti Franklin Delano Ruzveltin təklif ilə meydana çıxmışdır. BMT-ninNizamnaməsi isə 1945-ci il 26 iyun tarixində San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalanmış və 1945-ci il 24 oktyabrda qüvvəyə minmişdir.
BMT-nin Təhlükəsizlik Şurası (BMT TŞ) - BMT-nin daimi fəaliyyət göstərən ali orqanıdır. BMT-nin Nizamnaməsinə görə Təhlükəsizlik Şurası beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyət daşıyır. Şuranın 15 üzvü vardır: onlardan beşi daimi (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ), 10-u isə 2 il müddətinə seçilən qeyri-daimi üzvlərdir. Şuranın hər bir üzvü bir səsə malikdir. Prosedura məsələlərinə dair qərarlar Şuranın 9 üzvü səs verdikdə qəbul olunmuş sayılır. Qeyd edək ki, Azərbaycan 1992-ci ildən BMT-nin üzvüdür.
Təəssüflər olsun ki, ali insani məqsədlərə xidmət etmək üçün yaradılmış bu beynəlxalq qurum tərəfindən qəbul edilmiş qərarlar və qətnamələrin bəziləri həyata keçirilmir. Buna misal olaraq, 1991-1994-cü illər ərzində ermənilər tərəfindən Azərbaycan ərazisində yerləşən Dağlıq Qarabağda və ona bitişik rayonlarda, baş vermiş döyüş əməliyyatları zamanı1.557 Azərbaycanlı hərbçi şəhid edilmiş, dinc əhaliyə qarşı soyqırım siyasəti həyata keçirilmişdir. Azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1992-ci ilin 25-26 fevral tarixində ermənilər tərəfindən faşıst qəddarlığı ilə törədilən soyqırım zamanı, əksəriyyəti qadınlardan və uşaqlardan ibarər olan 700-dən artıq azərbaycan vətəndaşına qarşı cinayət törədilmişdir. Həmin vaxt 336 saylı rus alayının bilavasitə iştirakı və dəstəyi ilə ermənilər Xocalıdakı bütün mülki əhalini qətlə yetirərək XX əsrdə insanlıq adına ləkə gətirən qanlı genosid törətmişlər. 1993-cü ildə Ermənistan Respublikasının hərbi qüvvələri Azərbaycanın tərkibində yerləşən Qarabağı və ona yaxın 7 rayonunu işğal etmişdir. İşğal nəticəsində 1 milyondan çox insan bu ərazilərdən qovulmuş, öldürülmüş və əsir götürülmüşdür.
Bundan sonra 1993-cü ilin əvvəllərində Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsi haqqında BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Lakin Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi haqqında BMT-nın Təhlükəsizlik Şurasının 4 qətnaməsi bu günə kimi icra edilməmişdir. BMT-nin Təhlükəsizlik Şurasının həmin 4 qətnaməsi aşağıdakılardır:
1) http://unscr.com/en/resolutions/doc/822; (30.04.1993-cü il)
2) http://unscr.com/en/resolutions/doc/853; (29.07.1993-cü il)
3) http://unscr.com/en/resolutions/doc/874; (14.10.1993-cü il)
4) http://unscr.com/en/resolutions/doc/884(12.11.1993-cü il).
BMT-nin Təhlükəsizlik Şurasının təsdiq etdiyi yuxarıda göstərilən dörd qətnamənin uzun illər (27 il) icra olunmadığına görə Ermənistanın işğalçı ordusu Azərbaycana mənsub olan Dağlıq Qarabağ və 7 rayonu 27 il işğal altında saxlamışdır. BMT-nin Təhlükəsizlik Şurasının üzvü olan dövlət rəhbərlərinin hazırki şəraitdə dünya əhalisinə ikili standartlar tətbiq etməsinin XXI əsrin tələb və çağırışlarına cavab vermədiyi göz qabağındadır.
Münaqişə tərəfləri arasında sülhün bərqərar olması məqsədilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti isə 1994-cü ildən indiyə kimi heç bir müsbət nəticəyə gətirib çıxarmamışdır. 1994-cü ildən indiyə kimi - 26 il ərzində BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan - Rusiya, Çin, İngiltərə, Fransa və ABŞ Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə təsir göstərə bilməmişlər. Ümumiyyətlə Qarabağ münaqişəsində ermənilərin beynəlxalq qanuna zidd hərəkətlərinə qarşı BMT Təhlükəsizlik Şurası heç bir ciddi addımlar atmamışdır. Bütün bunlar BMT-nin regional münaqişələrin nizama salınmasında fəaliyyətinin zəifliyi, qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsi və bu təşkilatın siyasi böhran keçirdiyinin göstəricisidir. Təşkilatın fəaliyyətində kiçik dövlətlərin hüquqları veto hüququna malik olan dövlətlərin maraqlarına uyğun olaraq bir çox hallarda məhdudlaşdırılır. Təhlükəsizlik Şurasının veto hüququna malikolan 5 üzvi BMT-nin əsas orqanlarının hər birində iştirak edərək öz milli maraqlarına müvafiq olaraq qərarların qəbul edilməsinə mühim təsir göstərirlər. Beynəlxalq təhlükəsizlik sisteminin beş hegemon dövlət tərəfindən birtərəfli qaydada deyil, dünya dövlətlərinin birgə səyləri ilə təkmilləşdirilməsi hazırda aktuallıq kəsb edir.
BMT-də qərarların qəbul edilməsi prosesinə ABŞ-ın, Rusiyanın, yaxud da digər daimi üzvlərin təsir etməsi, onların başqa dövlətlərin daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etmələri, beynəlxalq hüquq normalarına riayət edilməməsi bu gün BMT-nin nüfuzunun itirilməsinə səbəb olmuşdur.
Məlum olduğu kimi, ABŞ-ın “Ərəb baharı” adı altında başladığı hərbi münaqişə,neftlə zəngin olan, əlverişli coğrafi-siyasi mövqedə yerləşən Yaxın və Orta Şərqin bəzi ölkələrinin işğalına yönəldilmişdir.
Bundan başqa, Rusiya yeni müstəqil dövlətlər birliyi (MDB) üzərində öz hökmranlığını bərpa etmək iddialarını davam etdirməkdədir. Məsələn,Rusiya Cənubi Qafqazda olan münaqişələrdə, o cümlədən Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyasından istifadə edərək, geosiyasi, geoiqtisadi və başqa maraqlarını təmin etmək üçün faydalanmağa çalışır.Buna misal olaraq, Cənubi Osetiyanın, Abxaziyanın müstəqilliyini tanımaqla, Krımı işqal etməklə, Gürcüstanın və Ukraynanın ərazi bütövlüyünü pozur. Rusiya Moldovada Dnestryanı bölgədə münaqişənin həllini öz əlində saxlamağa çalışır və hələ ki buna nail olur.
Azərbaycan Beynəlxalq Hüquq qaydalarına əməl edərək ATƏT-in Dağlıq Qarabağ məsələsinin Minsk qrupu üzvlərinin vasitəciləri tərəfindən həllinə üstünlük vermiş, bununla da hər iki tərəfdən insan itkiləri olmadan məsələnin öz ədalətli həllini tapacagına ümid etmişdir. Əfsuslar olsun ki, göstərilən bütün səylərə baxmayaraq Ermənistan hökuməti nəinki, bircə rayon ərazisini boşaltmaq niyyətində olmamışdır əksinə, rəsmi İrəvanın rəhbərliyi, hər vasitə ilə danışıqların konstruktiv məcrada davam etməsinə maneəler törətmişdir. Ermənistan Azərbaycana qarşı yeni aqressiv davranış nümayiş etdirərək əlavə ərazilərin də işğal olunacağını bəyan etmişdir.
Buna misal olaraq, Ermənistan 2016-ci ilin aprel ayında və 2020-ci ilin iyul ayının 12-23-nə qədər ərazilərimizə soxulmağa bir neçə dəfə cəhdlər etmişdir. Bunun nəticəsində xeyli vətəndaşlarımız tələf edilmiş və yaralanmışdır. Bundan başqa 2020-ci ilin 27 sentyabr ayında Ermənistan qoşunları Azərbaycan ərazisini müxtəlif silahlarla atəşə tutmuşdur, Azərbaycan Silahlı Qüvvələri özünü müdafiə məqsədilə erməni terrorçularını susturmuşdur. Minsk qrupunun üzvlərinin vasitəsilə Azərbaycan ərazisində atəşkəs elan edilmişdir. Buna baxmayaraq 27 sentyabr 2020-ci il tarixdən bugünə kimi erməni işğalçıları Azəraycanın dinc əhalisinə - Gəncə, Mingəçevir, Ağcəbədi, Bərdə, Goranboy, Gədəbəy, Tovuz, Tərtər Xızı və digər şəhərlərin mülki əhalisinə atəş açmışlar. Bunun nəticəsində 43 nəfər dinc sakin həlak olmuş və 218 nəfər ağır yaralanmış, çoxlu yaşayış evləri, sosial obyektlər məhv edilmişdir. Bütün deyilən bu faktlar KİV vasitəsilə dünya əhalisinə yayılmışdır.
Göstərilən bu faktlar BMT-ə və onun mühüm tərkib hissəsi olan Təhlükəsizlik Şurasının zəif fəaliyyəti və bu Şuraya daxil olan beş hegemon ölkənin təkidi və tələbi ilə yürüdülən ikili standart siyasətinin geniş təzahürünü göstərir. Bu faktlar onu göstərir ki, artıq BMT Təhlükəsizlik Şurasında ciddi təşkilati və siyasi islahatların aparılmasının zəruriliyi meydana çıxmışdır.
Türkiyə Respublikasının Presidenti Rəcəb Tayyib Ərdogan BMT Təhlükəsizlik Şurasında islahatlar edilməsinə çağırışlar etmişdi. Bu çağrışlarda yeddi milyarddan artıq olan dünya əhalisinin, o cümlədən iki milyarda yaxın müsəlman ölkələri əhalisinin taleyinin BMT-ninTəhlükəsizlik Şurasının beş daimi üzvünün qəbul etdiyi qərarlarından asılı olmasını bəyan etmişdir.Təhlükəsizlik Şurasının yalnız beş daimi üzvünün veto hüququna malik olmasına işarə edən Prezident Ərdoğan bunun dünya dövlətləri üçün qeyri ədalətli nəticələrə səbəb ola biləcəyini önə çəkərək, “DÜNYA BEŞDƏN BÖYÜKDÜR” şüarını irəli sürmüşdür.
Bütün yuxarıda deyilənləri fəlsəfi cəhətdən ümumiləşdirsək BMT-nin Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi zərurəti meydana çıxmışdır. İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, planetimizin bütün bölgələrinin sosial-hüquqi mənafeyini nəzərdə tutmaqla, veto hüququ olan 5 ölkənin 15 ölkə sayına çatdırılması məqsədəmüvifiqdir və həmin tərkibə, mütləq surətdə müxtəlif dini və milli mənsubların da daxil edilməsini məqbul hesab edirik.
SAKİT HÜSEYNOV
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu “ Davamlı inkişaf fəlsəfəsi və sosiologiyası” şöbəsının müdiri, fəlsəfə elmləri doktoru, professor
ZÖHRƏ ƏLİYEVA
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu “Beynəlxalq ələqələr“söbəsinin müdiri, fəlsəfə doktoru