27.01.2021, 11:34 - Baxış sayı: 517

“Cənubi Qafqazın geosiyasi reallığı filosofların təsəvvürlərində” mövsuzunda seminar-dialoq


Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və institutun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Cənubi Qafqazın geosiyasi reallığı filosofların təsəvvürlərində” mövzusunda rus dilində seminar-dialoq təşkil etmişlər.
Seminar-dialoqda Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən sonra Cənubi Qafqazda formalaşmış geosiyasi mənzərənin və onun dinamikasının bir sıra aspektlərinə fəlsəfi yanaşma ifadə olunub. Seminarda fəlsəfi olaraq regionda həm böyük qüvvələrin, həm də regional güclərin oynaya biləcəyi rola nəzər salınıb. Dialoqdakı fikir mübadiləsindən belə nəticə çıxarmaq olar ki, Cənubi Qafqazda Azərbaycanın qələbəsi həm regiondakı geosiyasi böyük güclərin, ümumiyyətlə supergüclərin regiona münasibətini müsbət mənada dəyişə bilər. Azərbaycanın regionda və Avrasiya məkanındakı fəaliyyətinin inteqrativ aspekti daha da güclənər və bu ümumilikdə beynəlxalq layihələrin təhlükəsiz, sabit şəraitdə reallaşması üçün yeni imkanlar yarada bilər.