"Savaş və Postsavaş dövründə fəlsəfi təfəkkürün formalaşması" mövzusunda onlayn dəyirmi masa keçirilib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda "Savaş və postsavaş dövründə fəlsəfi təfəkkürün formalaşması" mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbirdə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə çıxış edərək Vətən Müharibəsi ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, bu müharibədə istər ön cəbhədə, istərsə də arxa cəbhədə bütün insanlarımız iştirak edərək, birlik nümayiş etdiriblər. Məhz bu birliyin də sayəsində 30 ilə yaxın işğalda qalan torpaqlarımız işğaldan azad edildi. Könül Bünyadzadə bu müharibədə bütün təşkilat və müəssisələrin əməkdaşları ilə yanaşı AMEA-nın əməkdaşlarının da iştirak etdiyini və onların içərisində alimlərin də olduğunu vurğuladı. Onlardan Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi, f.ü.f.d., Radif Mustafayevin Vətən Müharibəsində alim-döyüşçü kimi iştirakını qeyd edib.
Vətən Müharibəsi iştirakçısı, Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, f.ü.f.d., Radif Mustafayev ətraflı çıxış edərək müharibə ilə bağlı fikirlərini dəyirmi masa iştirakçıları ilə bölüşüb. O, işğaldan azad edilən ərazilərdə ermənilərin qeyri-insani hərəkətləri və törətdiyi hadisələrin canlı şahidi olduğunu qeyd edib.
Sonra f.e.d., Rəfiqə Əzimova, f.ü.f.d. Mətanət Şəkixanova, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə dirtektor müavini, t.e.d., Eynulla Mədətli və digər çıxışçılar mövzu ətrafında çıxış etmişdirlər.