13.03.2021, 18:01 - Baxış sayı: 712

Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının 1-ci cildi Türkiyədə nəşr olunub


Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfəsi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” kitabının 1-ci cildi Türkiyədə nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (19-20-ci əsrlər)” adlı kitabının 1-ci cildi Türkiyənin Ankara şəhərindəki “Astana” nəşriyyatında çap edilib.
Kitabı Türkiyə Türkcəsinə Alpaslan Dəmir uyğunlaşdırıb.
Kitabın 1-ci cildində 19-cu əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi üç istiqamətdə qruplaşdırılıb:
1) Şərq-İslam-türk mədəniyyətnin davamı:sxolastik fəlsəfi təfəkkürdən dünyəvi fəlsəfi təfəkkürə dönüş – A. A. Bakıxanov, S. Ə. Nəbati, S. H. Nigar, M. M. Nəvvab, A. Axundoğlu və b.
2) Qərb mədəniyyətinin ya da Qərb fəlsəfəsinin təşəkkülü : mötədillikdən radikal inqilabi fəlsəfi düşüncələr- M. Ş. Vazeh, M. F. Axundzadə, Tahirə Qürrətül-eyn, M. Kazımbəy, Z. Marağalı və b.
3) Şərq-islam – türk fəlsəfəsi ilə Qərb-Avropa fəlsəfəsinin sintezi problemi: Ş. C. Əfqani, S. Ə. Şirvani, H. Zərdabi, M. Ə. Talıbzadə və b.
Qeyd edək ki, bu kitab F. Ələkbərlinin Türkiyə türkcəsində yayınlanan üçüncü əsəridir.