05.04.2021, 11:01 - Baxış sayı: 580

Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Samirə Dadaşova “Cultural Change Makers” lahiyəsində iştirak edib


Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Samirə Dadaşova “Cultural Change Makers” lahiyəsində iştirak edibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Samirə Dadaşova Avropa Komissiyası və Erasmusun+ təşkil etdiyi “Cultural Change Makers” lahiyəsində iştirak edib. Mart ayının 9-dan 18-nə qədər zoom vasitəsiylə keçirilən layihədə Azərbaycan, Ukrayna, Makedoniya, Macarıstan, Rumıniya, İtaliya və Ermənistanın gənc nümayəndələri iştirak edib.
Seminarlarda Avropa Şurasının, Avropa Komissiyasının və Avropa Sülh İnstitutunun sənədləri, prioritetləri və tövsiyyələri əsasında mədəni diskriminasiya, mədəniyyətlərarası qarşılıqlı əlaqələr, gənclərin radikallaşmasının qarşısını alınması kimi mövzular müzakirə edilib.
Layihənin ümumi məqsədi cəmiyyətdəki mədəni müxtəlifliyə xüsusi diqqət yetirərək, gəncləri insan hüquqları barədə maarifləndirmək, eyni zamanda gəncləri qeyri-rəsmi metodologiyadan yalnız təhsil prosesində yox, həm də mədəniyyətlərarası əməkdaşlıq sahəsində istifadə etməyə öyrətməkdir.
Qeyd edək ki, “Cultural Change Makers” lahiyəsi yeni geosiyasi reallığın ehtiyaclarını qarşılayaraq mədəni liderliyi inkişaf etdirmək üçün davamlı peşə inkişafı layihəsidir.
Fəlsəfə və Sosiologiya İnstitutunun doktorantı Samirə Dadaşova “Cultural Change Makers” lahiyəsində iştirak edib