28.04.2021, 10:39 - Baxış sayı: 509

Azərbaycanlı alimlər “Müstəqil Qazaxıstanın transformasiya prosesində aktual problemləri” adlı beynəlxalq konfransda çıxış ediblər


Azərbaycanlı alimlər “Müstəqil Qazaxıstanın transformasiya prosesində aktual problemləri” adlı beynəlxalq konfransda çıxış ediblərAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfi problemləri” şöbəsinin müdiri, professor Sakit Hüseynov və AMEA-nın Elm Tarixi İnstitutunun “Elmşünaslıq və elmin sosial problemləri” şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski birgə hazırladıqları “Müasir beynəlxalq münasibətlərdə davamlı inkişafın perspektivləri” adlı məruzə ilə Qazaxıstanın görkəmli filosofu Sadaqi Bulekbayevin 75 illiyinə həsr edilən “Müstəqil Qazaxıstanın transformasiya prosesində aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfransda çıxış ediblər.
Çıxış zamanı alimlər tərəfindən, xüsusilə Azərbaycanla Qazaxıstan arasındakı əlaqələrə xüsusi diqqət ayrılmışdır. Tarixi, geosiyasi, iqtisadi, elmi və oxşar maraqların kəsişdiyi Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və strateji müttəfiqlik bazasında daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.
Bir sıra ölkələrdən olan alimlərin iştirak etdiyi konfransda məruzəçilər Azərbaycanın haqq mübarizəsində qalib gəlməsi ilə bütün regionun təhlükəsizliyinin sabitliyinə yeni qədəm qoymasını, postkonflikt dövründə regiona bir çox Avropa və Şərq dövlətləri tərəfindən də marağın artdığını qeyd ediblər.
Qeyd edək ki, Azərbaycanlı alimlərin birgə hazırladıqları məruzə Qazaxıstanda keçirilmiş beynəlxalq elmi-praktik konfransın məqalələr məcmuəsində də dərc edilmişdir.
Azərbaycanlı alimlər “Müstəqil Qazaxıstanın transformasiya prosesində aktual problemləri” adlı beynəlxalq konfransda çıxış ediblər