08.05.2021, 17:02 - Baxış sayı: 553

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir kecirilib


Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir kecirilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirə institut rəhbərliyi, alimlər, YAP ərazi partiya təşkilatının İdarə Heyəti və partiya fəalları qatılmışdır.
Tədbiri institutun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq Ulu öndərin anadan olmasının 98-ci ildönümünün sonsuz xalq məhəbbəti ilə qeyd edilməsini diqqətə çatdırdı. Dahi siyasi xadimin ideyalarının Azərbaycan xalqına və dövlətçiliyimizə verdiyi tövhələrin əhəmiyyətinə dair təhlillər apararaq, xalqımızın bu gün əldə etdiyi qələbə sevincinin tarixi siyasi əhəmiyyətinə nəzər yetirərək onun əldə edilməsində Ulu öndərin ideyalarının rolunu şərh etdi. Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa səhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqındakı sərəncamından irəli gələn vəzifələrin alimlər qarşısında mühüm tələblər qoyduğunu diqqətə çatdırdı.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir kecirilibSonra YAP Fəlsəfə və Sosiologiya institutu üzrə ərazi partiya təşkilatinin sədri s.e.ü.f.d. dosent Sənan Həsənov Yeni Azərbaycan Partiyasının mütərəqqi ideyalarının Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbədəki rolundan danışaraq ulu öndər Heydər Əliyevin hələ XX əsrin ortalarından müstəqilliyimiz uğrunda fədakar mübarizəsinin və dəmir iradəsinin Azərbaycan xalqının həyatındakı roluna nəzər saldı. Yeni Azərbaycan Partiyasının sosial bazasındakı mütəşəkkilliyin Azərbaycanın parlaq gələcəyini təmin edən hədəflərə nail olmaq üçün ideoloji baza rolunu oynadığını bildirdi. Daha sonra fəlsəfə üzrə fəlsəfə doktoru Şölət Zeynalov, gənc alimlər şurasinin sədri Tünzalə Musayeva, partiya fəalı Leyla Həmidova institutun ərazi partiya təşkilatının İdarə Heyətinə üzv seçildilər. Onlar çıxış edərək bundan sonra da partiyanın mütərəqqi ideyalarını layiqincə təmsil edəcəklərinə və Ulu öndərin zəngin siyasi irsinin təbliğ edilməsində daha yüksək səylə çalışacaqlarını bildirdilər. İnstitutun alimlərindən fəlsəfə elmləri doktoru Azər Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, Qabil Camalov çıxış edərək bildirdilər ki, Azərbaycanın varlığı qədər əbədi olan Heydər Əliyev dühası hər birimizdən vətən təəssübkeşliyinin müqəddəsliyini dərk etməyi tələb edir. Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyevin dövlətçilik konsepsiyasında qarşıya qoyduğu yeni istiqamətlərin həyata keçirilməsinə dair fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, Fəlsəfə və Sosiologiya İnstitutunun çoxsaylı ziyalı heyəti və ərazi partiya təşkilatının üzvləri bundan sonra da dövlət başçısının ideyaları ətrafında birləşməyi həmişə olduğu kimi özlərinin fəaliyyət proqrami kimi qəbul edəcəklər.
Daha sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir kecirilibUlu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş tədbir kecirilib