Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Təhminə Ağakişiyeva sertifikatla təltif olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Etika şöbəsinin əməkdaşı fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Təhminə Ağakişiyevanın “ War of the XXI century as a new aesthetic phenomenon (philosophical analysis)” (XXI əsr müharibəsi yeni estetik fenomen kimi (fəlsəfi analiz)) adlı məqaləsi 4-6 fevral 2021-ci il tarixində Yaponiyanın Kioto şəhərində “Science and Education: Problems, Prospects and Innovations” mövzusunda keçirilən V Beynəlxalq elmi – praktiki konfransın materiallar toplusunda çapdan çıxmış və müəllif konfransda iştirakına görə sertifikatla təltif olunub.