01.06.2021, 11:03 - Baxış sayı: 512

İran Mədəniyyət Nümayəndəliyinin sədri Fəlsəfə və Sosiologiya İnstitutunun qonağı olub


İran Mədəniyyət Nümayəndəliyinin sədri Fəlsəfə və Sosiologiya İnstitutunun qonağı olubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Bakı şəhərindəki Mədəniyyət Nümayəndəliyinin sədri Əli Purmərcanla görüş keçirilmişdir. Görüş əsasında Fəlsəfə və Sosiologiya İnstitutunun dirtektoru, f.e.d., professor İlham Məmmədzadə İnstitutun tədqiqat profili haqqında ətraflı məlumat vermiş, iki ölkə arasında elmi əlaqələrin və mübadilənin genişləndirilməsini vurğulamışdır. Həmçinin qeyd etmişdir ki, pandemiyaya qədər Fəlsəfə və Sosiologiya İnstitutu İran İslam Respubliasından olan alimlərin yetişdirilməsində çox mühüm rol oynamışdır və burada iranlı dissertant və doktorantların çoxu müdafiə edərək elmi dərəcələr almışlar. İranlı dissertantlar daha çox sosiologiya elminə maraq göstərir və bu sahədə dissertasiya mövzuları seçirdilər. Bu da onu göstərir ki, İran cəmiyyətində sosiologiya elminə böyük diqqət yetirilir və bu da təsadüfi deyildir.
İran Mədəniyyət Nümayəndəliyinin sədri Fəlsəfə və Sosiologiya İnstitutunun qonağı olubAzərbaycanla İran həm tarixi, həm mədəni, həm də elm sahəsində müştərək dəyərlərə malikdir. Biz bu dəyərləri daha da inkişaf etdirməli və genişləndirməliyik. Bir çox klassiklər, N.Gəncəvi, N.Tusi, F.Nəimi, İ.Nəsimi, M.Füzuli və onlarla digər şair və alimlər göstərmək olar ki, İran və Azərbaycan ictimai fikrini formalşadırmışdır. Odur ki, bu ilin N.Gəncəvi ili elan olunduğu üçün N.Gəncəvinin əsərlərinin həm İran ədəbiyyatında, həm də Azərbaycan ədəbiyyatında oynadığı rolu, onun fəlsəfəsinin təsirini hər iki ölkənin alimləri tədqiq edə bilərlər. Bu tədqiqatın nəticələri hər iki ölkənin fəlsəfəsinin inkişafına müsbət təsir göstərəcəkdir.
Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Nümayəndəliyinin sədri Əli Purmərcan çıxış edərək bildirdi ki, həqiqətən həm İran İslam Respublikasının Azərbaycan Respublikası ilə arasındakı tarixi, elmi, iqtisadi, mədəni əlaqələrin çox qədim tarixi vardır və bu iki ölkə siz qeyd etdiyiniz kimi müştərək tarixə, mədəniyyətə və ədəbiyyata malikdir. Biz bu əlaqələri daha da genişləndirməliyik. Alimlərin mübadiləsi, beynəlxalq elmin konfransların təşkil edilməsi və müştərək elmi tədqiqat işlərinin aparılmasına ehtiyac vardır. Və bu elmi, mədəni əlaqələrin genişləndirilməsi hər iki ölkənin elminə və mədəniyyətinə böyük töhfə verəcəkdir. N.Gəncəvi elə bir dahi şairdir ki, onun ədəbi yaradıcılığını təkcə İranla və Azərbaycanla məhdudlaşdırmaq olmaz. Onun ədəbi irsi dünya ədəbi irsinin tərkib hissəsi olmaqla yanaşı dünya ədəbiyyatına və mədəniyyətinə, ictimai fəlsəfi fikrinə çox böyük təsir göstərmişdir. Heç də təsadüfi deyil ki, N.Gəncəvinin elmi, fəlsəfi, dedaktiv əxlaqi fikirlərini dərindən təhlil və tətdiq etməli və onu dünya ədəbi irsinə çevirmək lazımdır. Bu sahədə həm İran, həm Azərbaycan alimlərinin birgə tədiqat işlərini genişləndirməsi zəruridir və bu məqsədə çatmaq üçün İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Nümayəndəliyi elmi əməkdaşlığın genişləndirilməsinə hazırdır.