“Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsinin doktorant və dissertantlarının 2021-ci il üçün yarımillik hesabat iclası keçirilmişdir
07 iyun 2021-ci il tarixində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsinin doktorant və dissertantların 2021-ci il üçün yarımillik hesabat iclası keçirilmişdir. İclasda institutun direktoru f.e.d., prof. İ.Məmmədzadə, elmi katib f.ü.f.d.,dos. S.Həsənova, şöbə müdiri f.e.d.,prof. R.Mirzəzadə və şöbə əməkdaşları iştirak etmişdilər. Hesabat iclasında müasir siyasi elmin aktual problemləri və istiqamətləri; siyasət və əxlaq, “Yumşaq güc”, siyasi ədalət, postmüharibə dövründə Qarabağ məsələsi, Azərbaycançılıq müasir elmdə ideologiyası, Azərbaycanda milli inkişafın siyasi modeli, siyasi təcrübə və strateji hədəflərin yeni reallıqlari, siyasi nəzəri yanaşmalar, müasir imperializm və dünya siyasəti, ikili standartlar problemi və s. mövzular ətrafında geniş müzakirə aparıldı, doktorant və dissertantlara elmi fəaliyyətlə bağlı tövsiyyə, təkliflər verildi, gələcək üçün modern Azərbaycanda siyasi proses və hadisələrə elmi-nəzəri yanaşma tələb olundu.
Tədbirdə vurğulandı ki, siyasi istiqamətli dissertasiya işi ilə bağlı olan hər bir konseptual nəzəri modelin əsasını müqayisəli siyasi təhlil, problemlərə siyasi nəzəri-metodoloji yanaşmalar, yeni siyasi paradiqmalar təşkil etməlidir. Müasir siyasi reallıqlar və beynəlxalq münasibətlərdəki tendensiyalar, siyasi təmayül və baxışlar proqmatik mahiyyət daşıdığından həmin mövzuların siyasi-nəzəri təhlilinə ehtiyac duyulur. Bu baxımdan dacari yarımillik hesabatla bağlı keçirilən tədbirdə doktorant və dissertantların gələcək elmi fəaliyyətinə təkan və istiqamətlər verildi.