27.10.2017, 12:14 - Baxış sayı: 1669

Fəlsəfə institutunun əməkdaşı mükafata layiq görülüb


Fəlsəfə institutunun əməkdaşı mükafata layiq görülübAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ili” elan olunması ilə əlaqədar olaraq “İslam həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusunda bu ilin sentyabr ayında müsabiqə elan olunmuşdur. Respublika səviyyəsində təşkil edilmiş müsabiqənin əsas məqsədi – İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşaraq, bu mövzunun aktuallığını daha da artırmaq və islamın bəşəri dəyərlərinin bir daha təbliğ edilməsinə dəstək olmaqdır. Bu müsabiqədə xeyli tədqiqatçılar – doktorant, dissertantlar, ali məktəb müəllimləri, AMEA-nın elmi işçiləri və s. iştirak etmişlər. Müsabiqəyə təqdim edilən yazılardan bəziləri münsiflər heyəti tərəfindən (10 ən yaxşı məqalə) seçilərək mükafata layiq görülmüşdür. Bununla əlaqədar olaraq 23 oktyabr 2017-ci il tarixində diplomların təqdimetmə mərasimi keçirilmişdir. Müsabiqədə mükafata layiq görülən məqalələrdən biri də tanınmış tədqiqatçı, AMEA-nın Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynovun “Heydər Əliyev irsi və İslam həmrəyliyi fəlsəfəsi” məqaləsidir.
Fəlsəfə institutunun əməkdaşı mükafata layiq görülüb