Qurtuluşdan başlanan zəfər yolu: Türkiyə-Azərbaycan müttəfiqliyi regionda sabitliyin qarantıdır
İyunun 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə və Sosiologiya İnstitutu və “İki sahil” qəzetinin birgə təşkilatcılığı ilə “Qurtuluşdan başlayan zəfər yolu: Türkiyə Azərbaycan müttəfiqliyi sabitliyin qarantıdır” mövzusunda konfrans keçirilib. Tədbirdə ziyalılar, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə və qəzetin əməkdaşları iştirak ediblər.
Giriş nitqində Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən və zəfərə aparan inkişaf yolunun elmi fəlsəfi mahiyyətindən söhbət açıb. Cənubi Qafqazda Azərbaycanın yaratdığı reallıqların sülhə, sabitliyə yol acdığı diqqətə catdırılıb. Tarixi əhəmiyyət kəsb edən Şuşa Bəyənnaməsinin regionun təhlükəsizliyində roluna dair təhlillər aparıb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun ölkəmizdə aparılan siyasi proseslərə daim həssaslıqla yanaşmasını, elmi-ideoloji mühitdə müntəzəm olaraq dövlətimizin strateji prioritetlərinin müzakirə olunduğunu diqqətə catdırıb.
“İki sahil” qəzetinin baş redaktoru siyasi elmlər doktoru Vüqar Rəhimzadə tədbirdə geniş məruzə ilə çıxış edərək Azərbaycanın xilası yolunda ümummilli lider Heydər Əliyev dühasının tarixi siyasi mahiyyətinə və xilaskarlıqdan doğan zəfər tariximizə geniş nəzər salıb. V.Rəhimzadə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə Azərbaycan xalqının həyatında yeni dövrün başlanmasını faktların dili ilə təhlil edib.
Baş redaktor qeyd edib ki, Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə mühüm hadisə kimi yazıldı: “Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.”
Mövzu ətrafında Fəlsəfə və Sosiologiya İnstitutunun direktorunun müavini, tarix elmləri doktoru Eynulla Mədətli, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı Fəlsəfə və Sosiologiya İnstitutu ərazi ilk partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova, fəlsəfə elmləri doktoru Azər Mustafayev və digərləri çıxış edərək 1990-cı illərdə dərin siyasi böhranların əhatəsində olan Azərbaycan dövlətinin məhv olma təhlükəsindən növbəti dəfə xilas olunmasını cətin tarixi şəraitdə öz üzərinə götürən dahi siyasi xadim Heydər Əliyevin müdrikliyindən və yenilməz iradəsindən, Vətənə, xalqa bağlılığının təzahürlərindən, sülhə inkişafa və sabitliyə verdiyi töhfələrdən bəhs ediblər. Azərbaycan və Türkiyə strateji müttəfiqliyinin zirvə nöqtəsi olan Şuşa Bəyannaməsinin regionda sabitliyin, təhlükəsizliyin qarantına cevrildiyini diqqətə catdırıblar.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Hüseyn İbrahimov Prezident İlham Əliyevin siyasi konsepsiyasında dövlətçilik şüurumuzun inkişafına təsir edən mühüm amillərdən söz açıblar.
Xalqın xilaskarlıq missiyasinda siyasi liderin roluna dair elmi nəzəri fikirlər konfransın əsas ideyasına cevrildi. Şəxsiyyət va zaman kontekstində ulu öndər Heydər Əliyev fenomeninin və cənab İlham Əliyev siyasi məharətinin bundan sonra da öyrəniləcək elmi konsepsiya olduğu iştirakcıların yekdil fikri kimi gündəmə gətirilib.
Tədbirin sonunda iştirakcılar dövlət başcısının ətrafında bundan sonra da daha sıx birləşəcəklərini və elmi ictimaiyyətin qarşısında qoyulan vəzifələri məsuliyyətlə yerinə yetirəcəklərini əminliklə vurgulayıblar.
"İkisahil.az"