Fəlsəfə İnstitutunun əməkdaşı Beynəlxalq Türkoloji Konqresdə iştirak edib
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dos. Faiq Ələkbərov 18-20 oktyabr 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin və onun nəzdindəki Türkologiya İnstitutunun düzənlədiyi 7-ci Beynəlxalq Türkoloji Konqresdə iştirak edib. “Təhlükədəki Türk dilləri” mövzusuna həsr edilmiş Beynəlxalq konfransa 6-dan çox ölkənin - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya Federasiyası, o cümlədən Tatarıstan, Çuvaşiya, Başqırdıstan, Yakutiya və b. Türksoylu ölkələrin alimləri qatılmışdılar. Konqresdə tanınmış dilçi alimlərdən Suer Eker, Eyup Sarıtaş (Türkiyə), Şakir İbrayev, Serdar Dağıstan (Qazaxıstan), Nikolay Eqorov (Rusiya Federasiyası, Çuvaşiya), Valerya Lemskaya (Rusiya Federasiyası, Tomsk), Firdaus Xisamatidinova (Rusiya Federasiyası, Başqırdıstan), Nasraddin Nazarov (Özbəkistan) və başqaları iştirak ediblər. Konqresin əsas mövzusu təhlükədəki Türk dilləri və onların həll yolları, eləcə də ortaq türk dilinin yaranmasının vacibliyi olmuşdur.
Konqresdə F.Ələkbərov “Quzey Azərbaycanda milli dil məsələsi və onun həll yolları (XX yüzil-XXI yüzilin başları)” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində həm Azərbaycan türkcəsinin son əsrdə yaşdığı problemləri, həm də digər Türk xalqlarının eyni taleyi yaşamasından dolayı ortaq Türk dilinin artıq özünü ifadə etməsinin vacibliyini qeyd edib. Həmçinin 19-cu əsrin ortalarına qədər Türk xalqlarının əsasən, bir-birlərini anladıqları halda, ancaq son bir əsr yarım ərzində ciddi problemlərlə üzləşdiyini bildirərək ortaq Türk dilinin yaranmasıyla bağlı konkret iki təklif verdib.