Əbdülbaqi Gölpınarlının “Təsəvvüfə dair 100 sual” kitabının tərcüməsi müzakirə edildi
XX əsr məşhur Türkiyə tədqiqatçı Əbdülbaqi Gölpınarlının “Təsəvvüfə dair 100 sual” kitabının tərcüməsi müzakirə edildi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “İslam fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Mustafayevin tərcümə edib qeyd və şərhlərlə təqdim etdiyi XX əsr məşhur Türkiyə tədqiqatçısı Əbdülbaqi Gölpınarlının “Təsəvvüfə dair 100 sual” kitabının müzakirəsi keçirilmişdir. Əsərin sufi tədqiqatları sırasında olduqca tutarlı və dəyərli mənbə rolu oynadığından qısa məzmunu dinlənmiş, verilmiş suallar cavablandırılmışdır. İnstitutun direktoru f.e.d., prof. İlham Məmmədzadə çıxışında kitabın maraq doğurduğundan, giriş, izah və şərhlərin daha da genişləndirilməsinə ehtiyacın olduğunu vurğulamışdır. Akademiyanın müxbir üzvü, f.e.d., prof. Könül Bünyadzadə də görülmüş işin məziyyətlərindən bəhs edib irad və təkliflərini səsləndirdi. Müzakirədə tərcümə işinin təkmilləşdirilərək redaktə olunduqdan sonra çapa təqdim edilməsi məsləhət görüldü.