14.11.2017, 14:49 - Baxış sayı: 1128

Azərbaycanlı alim Türkmənistanda beynəlxalq konfransda iştirak edib


Azərbaycanlı alim Türkmənistanda beynəlxalq konfransda iştirak edib 9-10 noyabr 2017-ci il tarixində Türkmənistanın paytaxtı Aşqaqbad şəhərində “Müstəqillik dövründə təhsil və idman” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Dünyanın 42 ölkəsindən 90-a yaxın alimin iştirak etdiyi konfransın açılış mərasimində Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakçılara təbrik məktubu oxunmuşdur. Tədbirdə Üzeyir Hacıbəyovun “Arşın mal alan” operasının musiqisi sədaları altında təhsil və idman sahəsində yeniliklərə həsr olunmuş sərgi nümayiş etdirilib. Sərgidən sonra Türkmənistan Respublikasının Təhsil naziri Purli Ağamuradov konfransı açıq elan edib.
Noyabrın 10-da Məhdimqulu adına Türkmənistan Dövlət Universitetində təşkil edilmiş konfransda AMEA Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov “İslam həmrəyliyi fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Konfransda Turkmənistan Respublikasının Milli Məclisinin sədri Ağca xanım Nurberdiyeva iştirak etmişdir.