Müasir şəraitdə informasiya müharibəsinin xarakteri və spesifik xüsusiyyətləri
Afaq Rüstəmova
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin
fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru
Biz informasiya müharibəsində qələbə qazandıq
İlham Əliyev
“İnformasiya müharibəsi" cəmiyyətin müasir inkişaf mərhələsində mühüm əhəmiyyət daşıyır, ona görə də bu hadisənin mahiyyətini dərindən dərk etmədən (mövcud şəraitdə) siyasi həyatda və geosiyasətdə baş verən hadisələri anlamaq mümkün deyil. Hesab edilir ki, informasiya qarşıdurmasının şifahi, kağız, texniki və telekommunikasiya texnologiyalarına əsaslanan dörd tarixi mərhələsi mövcuddur. Bu ardıcılııq bir-birini tamamlayır.
Tarixən informasiya qarşıdurması hadisəsi döyüş gücünün düşmənə nümayişi ilə əlaqədardır və bu təzyiq onun iradəsini zəiflətməyə, aktiv müqavimətini aşağı salmağa və daha sürətli məhvinə istiqamətlənib. Qədim dövrlərdən bəri bir çox məşhur hərbi liderlər dezinformasiya metodlarından istifadə etmişlər. Makedoniyalı İskəndər, Hannibal, Çingiz Xan, Sun Tzu, Sezar və başqaları buna misaldır. Onların əsas hücum metodları həm müharibədən əvvəl, həm də müharibə dövründə düşməni qorxutmaq, ona psixoloji təzyiq göstərmək və yalnış məlumat verməklə qəfil hücuma keçərək düşmənin müqavimət iradəsini qırmaqdan ibarət olub. Sonralar informasiya qarşıdurmasının kompometasiya (etibardan salma, gözdən salma, ləkələmə), diskrediasiya (hörmətdən salma, nufuzdan salma), dezinformasiya metodları işlənib hazırlandı və bunlar xüsusi xidmət orqanlarında istifadə edilməyə başlandı. Hazırda isə bu metodlardan informasiya müharibələrində aktiv şəkildə istifadə olunur.
Buradan belə bir qənaət hasil olunur ki, bəşəriyyətin inkişafının ilkin dövrlərindən mövcud olan informasion-psixoloji qarşıdurma bugün artıq informasiya müharibəsi şəklində bir çox güclü dövlətlərin ardıcıl şəkildə apardıqları xarici siyasətlərinin başlıca amilinə çevrilib.
“İnformasiya müharibəsi termini” ilk dəfə 1991-ci ildə Fars körfəzində müharibə ilə əlaqədar olaraq diqqət mərkəzinə gəldi. Daha sonra qlobal şəbəkələrin genişlənməsilə əlaqədar olaraq informasiya müharibəsinin mahiyyətinin elmi müstəvidə araşdırılmasına ehtiyac yarandı. Bununla belə hadisəyə dair hələ ki, ümumi bir fikir formalaşmayıb, lakin dünya siyasətində bu istiqamətdə baş verən köklü dəyişikliklər onu deməyə əsas verir ki, münaqişələrin həll olunmasına yanaşmalarda yeni prinsiplərin hazırlanmasının vaxtı çatıb. Bu mənada informasiya təcavüzünün hüquqi təsnifatını verən, eləcə də informasiya silahından istifadəyə qadağa və məhdudiyyətlər müəyyənləşdirən normalar haqqında müvafiq konvevsiyanın hazırlanması mühüm əhəmiyyət kəsb edir.
Müasir informasiya qarşıdurması əksər dövlətlərin müxtəlif fəaliyyət sahələrinin informasiyalaşdırılması, insan həyatının ayrılmaz elementinə çevrilmiş qlobal informasiya strukturlarının yüksək inkişaf templəri, informasiya texnologiyalarının insanların şüuruna, iradə və hisslərinə getdikcə artan təsirləri sayəsində keyfiyyətcə yeni bir səviyyəyə qalxıb. Həmçinin informasiyanın özü və informasiya texnologiyaları informasiya müharibələrinin aparılmasında mühüm vasitəyə çevrilib.
Hesab olunur ki, geniş mənada "informasiya müharibəsi" ifadəsi kiberməkanda və kütləvi informasiya sahəsində müxtəlif siyasi hədəflərə çatmağa yönəlmiş informasiya müharibəsini nəzərdə tutur. Dar mənada isə “informasiya müharibəsi” informasiya sahəsində döyüş meydanında məlumatların toplanmasında, emal və istifadə edilməsində birtərəfli üstünlüklərə nail olmaq, düşmənin müəyyən fəaliyyətinin effektivliyini azaltmaq məqsədilə hərbi əməliyyat, hərbi qarşıdirma kimi izah olunur.
İnformasiya müharibələri hazırda günün reallığına çevrilib və onun əhatə dairəsi olduqca genişdir, lakin müharibə, siyasi, diplomatik, iqtisadi və maliyyə sferalarında daha çox tətbiq edilir.
“İnformasiya müharibəsi” anlayışı müxtəlif variantlarda ifadə olunur. Termin olaraq isə daha çox "informasiya müharibəsi", "informasiya qarşıdurması", "psixoloji informasya müharibəsi" və s. kimi işlədilir. Qeyd edək ki, elektron vasitələrdə “informasiya müharibəsi”, “informasiya qarşıdurması” terminləri tez-tez istifadə olunur və bu ifadələrə müxtəlif yanaşmalar izlənilir. Onlardan bəzilərini təqdim edirik:
-informasiya müharibəsi xüsusi hazırlanmış məlumatların yayılması vasitəsilə tərəflər arasında qarşıdurmanı ifadə edən ingilis dilindən alınan termindir;
- informasiya müharibəsi anlayışı “information and psychological warfare” termininin ingilis dilindən tərcüməsidir və konkret rəsmi sənədin və ya elmi nəşrin kontekstindən asılı olaraq həm “informasiya müharibəsi”, həm də “informasiya və psixoloji müharibə” kimi səslənə bilir;
- informasiya müharibəsi informasiya məkanında mühüm əhəmiyyət daşıyan informasiya sistemlərinə, proseslərə, resusrslara və digər strukturlara ziyan vermək məqsədi güdən dövlətlərarası qarşıdurmadır, həmçinin o, sosial, siyasi və iqtisadi sistemlərinin dağılmasına, ictimaiyyətdə və dövlətdə stabilliyin pozulmasını təmin etmək məqsədilə kütləvi şəkildə əhalinin psixoloji təsirə məruz qoyulmasına, eləcə də münaqişə vəziyyətində olan dövlətlərin öz maraqlarına uyğun qərarların qəbuluna məcbur edilməsidir;
- informasiya müharibəsi təsir göstərən tərəfin informasiya vasitələrinin və üsullarının düşmənə tətbiqini etiva edən geniş miqyaslı informasiya mübarizəsidir;
- qarşıdurma vəziyyətində olan tərəflərin informasiya potensialı sahəsində düşmən tərəfin dövlət, hərbi və döyüş potensialından istifadə imkanlarının azaldılması və öz potensialının qorunması (inkişaf etdirilməsi) məqsədini güdən rəqabət və mütəşəkkil informasiya əməliyyatları hərəkətləridir;
- informasiya müharibəsi informasiya üstünlüyünə nail olmaq üçün informasiya məkanında həyata keçirilən bir sıra informasiya əməliyyatlarını əhatə edir. Bununla belə, informasiya müharibəsini kompüter cinayətlərindən ayırmaq lazımdır. Hər hansı bir kompüter cinayəti bu və ya digər qanun pozuntusudur. O təsadüfi də ola bilər və ya xüsusi olaraq planlaşdırıla da bilər; təcrid şəkildə hazırlanmış və ya böyük bir hücum planının bir hissəsi də ola bilər. Lakin müharibə heç bir zaman təsadüfi və təcrid şəkildə baş verə bilməz, əksinə o, hərbi əməliyyatların aparılmasında uyğunlaşdırılmış şəkildə informasiyadan müharibə silahı kimi istifadə etməyi nəzərdə tutur. Təqdim edilən definisiyalardan aydın olur ki, zaman keçdikcə Silahlı Qüvvələrin hərəkətləri ilə əlaqədar olaraq "informasiya müharibəsi" anlayışının mənalandırılmasında da dəyişikliklər baş verib və hazırda ABŞ və NATO-nun əsas sənədlərində “informasiya əməliyyatı" ifadəsi işlədilir. Eyni zamanda "informasiya müharibəsi" termininindən dövlətlərarası qlobal ziddiyyətlərin və strateji informasiya qarşıdurmalarının təsvirində istifadə edilir.1
Mövzu ilə əlaqədar mövcud olan geniş ədəbiyyatı təhlil edərkən məlum oldu ki, bəziləri “informasiya müharibəsi” və “informasiya qarşıdurması” anlayışlarını eyniləşdirir, digərləri isə hesab edirlər ki, informasiya müharibəsi daha aktiv şəkildə, təxribat və terror metodlarından istifadə edilərək aparılır. Belə ki, bu sahənin müxtəlif problemlərinə dair geniş araşdırmaların müəllifi İ.N.Panarin hesab edir ki, informasiya qarşıdurması tərəflər arasında qarşı tərəfin informasiya mühitinə nüfuz etmək və özünü mənfi informasiya təsirlərindən qorunmaqdan ibarət olan bir mübarizə formasıdır. Bu iki anlayış arasında fərq ondan ibarətdir ki, informasiya müharibəsi təxribat və terror üsulları ilə daha aktiv şəkildə aparılır.2
Panarin informasiya qarşıdurmasının iki növünü qeyd edir: informasion-psixoloji qarşıdurma və informasion-texnoloji qarşıdurma. Bunlar təsir obyekti və müdafiə məqsədləri ilə fərqlənirlər. İnformasion-psixoloji qarşıdurma 4 əsas müdafiə obyektinə malikdir:
1. Siyasi qərarların qəbul edilməsi sistemi.
2. İctimai rəyin formalaşdırılması sistemi. Məsələn, 1996-cı ilin yanvarında Prezident Yeltsin 3% reytinqə sahib idi, lakin 1996-cı ilin iyun ayında 41% səs toplayaraq seçkilərdəqalib gəldi. Bu nəticəni əldə etmək üçün müxtəlif informasiya texnologiyalarından istifadə edildi. Başqa bir nümunə - 1990-cı ilin avqustunda amerikalıların yalnız 10%-i ABŞ-ın İraqla müharibəsini dəstəkləyirdisə, 1991-ci ilin yanvarında bu rəqəm 88% idi. Bunun səbəbi İraqda Səddam Hüseyni Hitlerlə müqayisə etmək, kürdlərə qarşı çoxsaylı cinayətlər törədildiyini təqdim edən fəal təbliğat kampaniyasının keçirilməsi oldu. Bu təbliğat pik nöqtəyə çatdıqda İraqın bombalanmasına başlandı.
3. İctimai şüurun formalaşdırılması sistemi. Burada dörd əsas component ayrıla bilər – kitablar, kinofilmlər, televiziya, KİV.
4. Qərar qəbul edən şəxslərin psixikasına psixoloji təsir. Qarşı tərəfin liderini informasiya müharibəsinin məqsədinə uyğun şəkildə hərəkətə təhrik etmək üçün müxtəlif əməliyyatların aparılması. Məsələn, ləqəblərin icad edilməsi, dezinformasiya xarakterli materialların çap olunması və s. Burada məqsəd rəqibi qərar qəbuletmə prosesinə təsir göstərə biləcək stres vəziyyətinə salmaqdır.
Texniki konponent isə üç əsas tərkibə malikdir:
- məlumatötürmə sistemi (düşmənin vəzifəsi məlumatı ələ keçirmək, onu deşifrə etməkdir);
- məlumatların qorunması sistemi (məlumatlar müxtəlif mənbələrdən əldə edilir, qorunan bir yerdə saxlanılır, qarşı tərəfin vəzifəsi isə onu əldə etmək və öz məqsədləri üçün istifadə etməkdir);
- radioelektron müharibə (məsələn, Yuqoslaviyadakı 300 serb tankının 40 gün ərzində ABŞ və İngiltərə bombardmançıları tərəfindən bombalandığı müharibə qeyd oluna bilər. Nəticədə isə, yalnız 13 tank zədələndi, çünki “Avaks” təyyarələri taxtadan düzəldilmiş tank maketlərinin üzərinə quraşdırılmış xüsusi saxta hədəfləri vururdu.3
Müasir informasiya mərhələsi üçün aşağıdakı şərtlər səciyyəvidir: əhalinin əksəriyyətinin informasiya mədəniyyətinin inkişaf səviyyəsinə müvafiq kompüter savadının olması; qlobal şəbəkələrə sərbəst daxilolma imkanları. Əsas şərt isə hücum edən tərəfin yüksək texniki və proqram təminatına və öz təhlükəsizliyini mühafizə etmək imkanlarına malik olmasıdır. Beləliklə, yüksək telekommunikasiya hesablama sistemləri və psixoloji təsir texnologiyaları informasiya məkanını əsaslı şəkildə dəyişdirir. Hazırda dünya dövlətlərinin xarici siyasətində strateji hədəflərin həyata keçirilməsini təmin edən məlumatların əldə edilməsi, bu məlumatlardan istifadə edərək təhlükəsizliyin təmin edilməsi prinsipləri aparıcı mövqe tutur. Dövlətlər düşmənə məxsus məlumatları əldə etməklə öz güclərini artırır, düşmənin gücünü isə azaldırlar və beləliklə qarşı tərəfin əleyhinə informasiya qarşıdurmasını öz xeyirlərinə təmin etmək imkanları əldə edirlər.4
Cəmiyyətin bütün sahələrində, xüsusilə dövlətlərarası münasibətlərdə informasiya təminatının mühüm rolu getdikcə daha çox artır. Hər bir dövlət üçün qlobal iqtisadi və geosiyasi rəqabət şəraitində informasiya qarşıdurmasının lazımi dərəcədə qiynətləndirilməməsi mənfi nəticələrə gətirib çıxara bilir, çünki son illərdə informasiya vasitələrindən insanların şüurlarının manipulyasiyasında daha çox istifadə olunur və bu keyfiyyətdə o müxtəlif konfliktlərin tərkib hissəsini təşkil edir. Eyni zamnada, texnika və texnologiyanın sürətli inkişafı sayəsində informasiyanın həcmi və yayılma sürəti durmadan artır. Qlobal informasiya hadisəsi bəşəriyyətin inkişafında müsbət tendensiyalara vəsilə olması ilə yanaşı, kifayət qədər mürəkkəb beynəlxalq problemlər də yaradır. İlk növbədə bu, informasiya təhlükəsizliyi və informasiya müharibəsinə aiddir. Bu problemləri yalnız qlobal informasiyalaşma şəraitinin meydana gəlməsilə əlaqələndirmək düzgün olmaz, lakin vahid indormasiya məkanının meydana gəlməsi beynəlxalq münasibətlərdə bu sahədə də qarşıdurmanın yaranmasına şərait yaradır. Siyasi gücün getdikcə daha çox xarici və daxili sferalarda informasiya qarşıdurmasını həyata keçirmək imkan və bacarığından asılı olduğu aydın görünür.
Milli və transmilli kütləvi informasiya üsulları informasiya qarşıdurmasının aparılmasının əsas vasitələridir. Həmçinin dünyagörüşünə, siyasi baxışlara, hüquqi düşüncəyə, mentalitetə, mənəvi ideallara, ayrı-ayrı insanların dəyər sistemlərinə və bütövlükdə cəmiyyətə təsir göstərə biləcək istənilən sosial şəbəkələr də bu funksiyanı yerinə yetirə bilir. İnformasiya siyasətinə və informasiya qarşıdurması metodlarının təhlilinə xüsusi diqqət yetirən ABŞ tədqiqatçıları bu sahədə uğurlar əldə edə biliblər. Təbii ki, informasiya mübarizəsi nəzəriyyəsi obyektiv və subyektiv amillərin təsiri altında mürəkkəb təkamül yolu keçir. İlk olaraq informasiya mübarizəsi döyüş tapşırıqlarının yerinə yetirilməsində taktiki gediş kimi nəzərdə tuulub, daha sonra isə strateji səviyyədə siyasi proseslərin idarə olunmasında əsas funksiya daşımağa başlayıb. Bu problemə aid ilk rəsmi sənədlər arasında Pentaqonun “İnformasiya müharibəsi” adlı 21 sekabr 1992-ci il tarixli direktivi hesab oluna bilər. 1993-cü ildə artıq Baş qərargah Rəisləri Komitəsinin 30 saylı direktivində informasiya müharibəsinin ararılmasının əsas prinsipləri izah edilirdi. 1990-cı ilin sonlarında ABŞ-da çoxaspektli mahiyyət daşıyan informasiya qarşıdurması problemini araşdıran müxtəlif nəzəri məktəblərə mənsub olan xeyli sayda ekspert-analitik qruplar yarandı və artıq bu qrupların hazırladıqları proyektlərin nəticələrindən Qərb ölkələri informasiya qarşıdurmasında hərbi-siyasi və siyasi səviyyələrdə konkret praktik addımların atılmasında istifadə edirlər. 1998-ci ilin sonlarında ABŞ-ın Baş Qərargah Rəisləri “İnformasiya əməliyyatlarının aparılması doktrinası” (Joint Doctrine of İnformation Operations) sənədini nəşr etdirdilər. Bu sənəddə ilk dəfə olaraq amerikalıların hücüm xarakterli informasiya əməliyyatlarının keçirilməsinə yalnız müharibə dövründə deyil, sülh şəraitində də hazırlanması rəsmi şəkildə təsdiqlənirdi. Əvvəlcə Pentaqonun səlahiyyətliləri informasiya sferasında aparılan tədbirlərin yalnız müdafiyə xarakteri daşıdığını iddia edirdilər. Eyni zamanda ABŞ nümayəndələri hücum xarakterli informasiya silahından istifadənin müvafiq beynəlxalq norma və müqavilələrə uyğun olaraq həyata keçiriləcəyini bəyan edirdilər. Lakin bugünə qədər bu sahəyə aid beynəlxalq müqavilələr mövcud deyil və ya da hələ ilkin formalaşma mərhələsindədi.5
Hazırda mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, XXI əsr informasiya qarşıdurması əsri olacaq. Bunu da politoloqlar belə əsaslandırırlar ki, XXI əsrdə nüvə müharibəsinin qarşısını almaq bəhanəsilə müharibələr informasiya müharibəsi şəklində gerçəkləşəcək və burada informasiya müharibəsi ənənəvi mənasından daha geniş əhatə dairəsinə malik olacaq. Yəni yalnız hərbi qarşıdurma deyil, iqtisadi, diplomatik və s. sahələri də əhatə edəcək.
Bugün ABŞ informasiya qarşıdurmasının həyata keçirilməsində digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə üstündür. İnformasiya əməliyyatları konsepsiyasına əsaslanaraq ABŞ-ın hərbi-siyasi rəhbərliyi yalnız siyasi, iqtisadi və hərbi sahələrdə deyil, həm də dünya informasiya infrastrukturundakı dominant rolunu möhkəmləndirməyə can atır. XX əsrin sonlarından Amerika qoşunlarının fəaliyyətindəki informasiya müharibəsinin xarakteri və spesifikliyi buna sübutdur. Həmçinin informasiya metodlarından istifadə ilə taktiki və strateji istiqamətlərdə effektiv üstünlüklərin mümkünlüyü də məlum oldu.
Qeyd etdiyimiz kimi, artıq xeyli zamandır ki, informasiya məkanının qloballaşması, informasiya müharibələrinin genişlənməsi dünya siyasətini müəyyənləşdirən amil kimi çıxış edir. Hər bir dövlət kimi Azərbaycan da öz informasiya təhlükəsizliyini qorumaq naminə yaranan yeni təhdidləri neytrallaşdırmaq, ən əsası isə onları vaxtında önləmək üçün daima müvafiq yollar aramalıdır. Digır təfəfdən də bəzi Amerika və Avropa KİV-ləri bir sıra Şərq ölkələrinə, təbii ki, Azərbaycana qarşı da ardıcıl olaraq aqressiv təbliğat aparır və bununla da dünya cəmiyyətlərinə Azərbaycan haqqında şablon mənfi informasiya təqdim edirlər. Xüsusilə 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə də KİV və İnternetdə hadisə ilə heç bir əlaqəsi olmayan feyk məlumatlar yerləşdirilir. Yəni xəbər onu təqdim edənin niyyətindən asılı olaraq qerçəklikliyi ifadə etməyən, bir cox hallarda isə qərəzli, ziddiyyətli şəkildə təqdim olunur. Bu cür məlumat xaosunda obyektiv baxış müəyyənləşdirmək isə çox çətin olur. Hazırda xarici ölkələrdə bu sahədə ixtisaslaşmış məktəblər, müvafiq strukturlar baş verən hadisələrin insanlara, texniki və sosial sistemlərə təsiri metodları üzərində əhatəli tədqiqatlar aparırlar. Bu təşkilatların tədqiqatlarından əldə edilən nəticələrdən informasiya müharibəsində, xüsusilə şüura psixoloji təsirdə, dezinformasiyada, açıq hədə-qorxuda fəal şəkildə istifadə olunur.
Azərbaycan bu sahədə öz təhlükəsizliyini təmin etmək üçün səylərini artırmalıdır, çünki təssüf hissi ilə da olsa, etiraf etməliyik ki, bizim informasiya təhlükəsizliyimiz dünyanın inkişaf etmiş KİV-ləri qarşısında hələ ki, kifayət qədər güclü deyil. Xüsusilə, Qərb dövlətlərinin bu sahədə göstərdikləri fəaliyyətdən geridə qalır. Yəqin ki, burada Amerika təcrübəsindən istifadə etmək daha uğurlu nəticələrə gətirə bilər. İnformasiya təhlükəsizliyi baxımındam amerikalılar qlobal televiziya kanallarına (CNN) malikdirlər ki, bu da onlara müxtəlif mövzularda dünyanın hər yerinə təsir etmək imkanı yaradır.
Doğrudur, Azərbaycanın orbitə buraxdığı süni peyklər bu boşluğu müəyyən qədər doldurur, lakin informasiya hücumlarına müqavimət göstərə bilmək üçün məsələlərə maksimal səviyyədə diqqət yetirmək lazımdır. Xüsusilə postmünaqişə dövründə yaranan şərait döyüş meydanında əldə edilən qələbədən az əhəmiyyət daşımayan informasiya müharibəsini aktuallaşdırır. Bu baxımdan vəziyyət Azərbaycandan adekvat addımların atılmasını zəruri edir. İnformasiya müharibəsində məğlub olmamaq üçün aydın və məqsədyönlü hədəflər olmalıdır. Bunlar ̶ Azərbaycan Respublikasının Qanunları,informasiya təhlükəsizliyi Doktrinası, informasiya məkanının hüquqi, təşkilati və texniki vasitələrlə qorunması şərtlərini əhatə edir. Bu şərtlərin mövcudluğu təqdirində informasiya mühitində yer alan məlumatların analizinə, şərtlərə müvafiq olaraq onlara təsirə və əks-təsir imkanlarına müvəffəq oluna bilər.
Hadisələr göstərir ki, hazırda Qərbin yaydığı feyk məlumatları təkzib etməklə məsələ bitmir və görünür, artıq dünya miqyasında yayım imkanlarına malik televiziya kanallarının yaradılmasının zamanı çatıb. Düşünürük ki, belə şaraitdə Azərbaycan da alternativ yollar aramalıdır və bu istiqamətdə ölkəmizə dost olan dövlətlərin nüfuz və imkanlarından istifadə etmək olar.
2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra ərazilər düşməndən azad edildi və Cənubi Qafqazda tamamilə yeni geosiyasi mühit yarandı. Bu nəticənin əldə edilməsində istər strateji, istərsə də taktiki baxımdan Azərbaycanın həyata keçirdiyi informasiya siyasəti uğurlu nəticələrin əldə olunmasına şərait yarada bildi. Yəni müharibə başlayandan informasiya cəbhəsində də işlər müvafiq məcraya yönəldildi. Azərbaycan teleməkanında xalqda qələbəyə inam, düşmənə nifrət hissləri təbliğ edilməyə başlandı. Jurnalistləriniz döyüş meydanından birbaşa reportajlar təqdim etdilər və bununla da cəbhədə gedən hadisələr haqqında əhaliyə düzgün məlumatların çatdırılmasını təmin edə bildilər. Lakin informasiya müharibəsində də əlahiddə mahiyyət daşıyan iş Ali Baş Komandan İlham Əliyevin üzərinə düşdü və onun nümayiş etdirdiyi informasiya diplomatiyası qələbənin qazanılmasında mühüm mərhələ oldu. Təsadüfi deyil ki, hazırda bu hadisə dünya miqyasında ətraflı şəkildə öyrənilir. Müharibə dövründə Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrinin mediya nümayəndələrinə 30-dan çox müsahibə verdi. Təbii ki, bu müsahibələrdə iştirak edən jurnalistlərin hamısı Azərbaycanı sevmirdi və hadisələri adekvat işıqlandırmaq niyyətində deyildi. Müsahibələrin spesifikliyi isə ondan ibarət idi ki, suallar əvvəlcədən hazırlanmamışdı və söhbət tam spontan şəkildə baş verirdi. Sözsüz ki, belə şərait müsahibdən dərin siyasi bilik, dünya miqyasında baş verən hadisələr haqqında məlumatlılıq, eləcə də onları dərin analiz etmək, jurnalistin provakasion suallarına yerində və qətiyyətlə cavab vermək qabiliyyətinə malik olmağı tələb edir. Bu mənada Cənab ilham Əliyev diplomatik ünsiyyətin ən mükəmməl nümunəsini ortaya qoydu.
Vətən müharibəsində Azərbaycan haqq etdiyiqələbəni qazandı. Hazırda Ermənistan yaranan reallığı dərindən dərk edərək artıq Sorusun diqtələrinə görə deyil, qonşu dövlətlərlə müvafiq əlaqələr qurmaq, Avrasiya yönümlü inkişaf strategiyası müəyyənləşdirmək əvəzinə Ermənistandan uzaqda yaşayan erməni diasporunun təsirlərinə uyaraq uçuruma yuvarlanır. Ermənilər bunu anlamaq istəməsələr də, Azərbaycanın təqdim etdiyi əməkdaşlıq platformaları region dövlətlərindən daha çox Ermənistanın xeyrinədir, çünki Ermənistandan fərqli olaraq, bütün bölgə ölkələrinin digər dövlətlərə həm dəniz, həm də quru yolu ilə çıxışları vardır. Azərbaycan postmüharibə dövründə bu platformaları təqdim etməklə özünün humanist mövqeyini bir daha ortaya qoyur, çünki düşməni məğlub etdikdən sonra onunla ədavəti, düşmənçiliyi davam etdirmək əvəzinə onu dost olmasa da, qarşılıqlı əməkdaşlığa cəlb edə bilmək bacarığı böyük xalqlara, dövlətlərə xasdır. Lakin hələ bu sahədə ermənilərin tutduğu mövqe və apardığı siyasət regionda konstruktiv nəticələrin əldə edilməsinə yönəlməyib. Əksinə, bu tendensiya seçkiqabağı şəraitdə Ermənistanda daha radikal istiqamət alıb və seçkilərdə qələbə qazanmaq naminə bu fantom mövzu siyasi təsir alətinə çevrilib. Bu işlərdə Fransa daha çox fəalliq göstərir. Lakin Azərbaycanın bu istiqamətdə mövqeyi məlumdur. Prezident İlham Əliyev 2021-ci il may ayının 10-da Naxçıvan Muxtar Respublikasına səfərində Ermənistandakı revanşist qüvvələrə, eyni zamanda onlara havadarlıq edən bir sıra dövlətlərə xitabən bildirdi: “Bəzi siyasətçilər Dağlıq Qarabağın - olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin”.6
ƏDƏBİYYAT:
1. https://psyfactor.org/psyops/makarenko-303.htm
2. https://aif.ru/society/igor_panarin_v_informacionnyh_voynah_u_rossii_dolzhen_byt_krepkiy_schit_i_o
3. https://cyberleninka.ru/article/n/informatsionnoe-protivostoyanie-kak-sposob-vedeniya-informatsionnyh-voyn
4. https://moluch.ru/archive/2/153/
5. https://azertag.az/xeber/Deputat_Prezident_Ilham_Aliyevin_Naxchivan_Muxtar_Respublikasina_seferi_boyuk_ehemiyyet_kesb_edir-1779213
İstinadlar
1https://psyfactor.org/psyops/makarenko-303.htm
2 https://aif.ru/society/igor_panarin_v_informacionnyh_voynah_u_rossii_dolzhen_byt_
krepkiy_schit_i_o
3 Yenə orada.
4https://cyberleninka.ru/article/n/informatsionnoe-protivostoyanie-kak-sposob-vedeniya-informatsionnyh-voyn
5https://moluch.ru/archive/2/153/
6 https://azertag.az/xeber/Deputat_Prezident_Ilham_Aliyevin_Naxchivan_Muxtar_
Respublikasina_seferi_boyuk_ehemiyyet_kesb_edir-1779213
АфагРУСТАМОВА
СУЩНОСТЬ И ОСОБЕННОСТИ ИНФОРМАЦИОННОЙ ВОЙНЫ В СОВРЕМЕННЫХ УСЛОВИЯХ
РЕЗЮМЕ
Статья посвящена анализу специфических особенностей информационных противостояний на современном этапе. Специалисты считают, что XXI век будет веком информационных противостояний и в этой связи,чтобы разобраться в происходящих процессах в сфере политической жизни и геополитике, необходимо глубокое осмысление значения данного понятия. В статье отмечается, что Азербайджан должен активизировать свои усилия по обеспечению своей безопасности в этой области, ибо наша информационная безопасность еще недостаточно прочна перед развитыми мировыми СМИ. Автор в статье отмечает, что Президент Азербайджана Ильхам Алиев дал более 30 интервью представителям СМИ со всего мира во время 44-дневной войны. Не все журналисты, участвовавшие в этих интервью, благожелательно относились к Азербайджану, и не намеровались адекватно освещать события. Даннаяситуация требует от интервьюера глубокие политические знания, осведемленность о происходящих событиях в мире и умением их анализировать, а также своевременно и решительно отвечать на провокационные вопросы журналиста. В этом смысле господин Ильхам Алиев показал превосходный пример дипломатического общения.
Ключевые слова: информационное противостояние, информационная война, информационная безопастность, психологическая информационная война, фейковая информация
AfagRustamova
ESSENCE AND FEATURES OF INFORMATION WAR IN MODERN CONDITIONS
Abstract
The article is devoted to the analysis of the specific features of information confrontations at the present stage. Experts believe that the 21st century will be a century of information confrontations and in this regard, in order to understand the ongoing processes in the field of political life and geopolitics, a deep understanding of the meaning of this concept is necessary. The article notes that Azerbaijan should intensify its efforts to ensure its security in this area, because our information security is not yet strong enough in front of the developed world media. The author notes in the article that President of Azerbaijan Ilham Aliyev gave more than 30 interviews to media representatives from around the world during the 44-day war. Not all of the journalists who participated in these interviews were sympathetic to Azerbaijan and did not intend to adequately cover the events. This situation requires the interviewer to have deep political knowledge, awareness of current events in the world and the ability to analyze them, as well as timely and decisively respond to provocative questions from the journalist. In this sense, Mr. Ilham Aliyev has shown an excellent example of diplomatic communication.
Keywords: information confrontation, information war, information security, psychological information war, fake information