22.09.2021, 14:11 - Baxış sayı: 536

Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhid ailəsini ziyarət ediblər


Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhid ailəsini ziyarət ediblərAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri şəhid leytenant Abbasov Teymur Feyruz oğlunun ailəsini ziyarət ediblər.
Dövlətimizin şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərdiyi həssas qayğının davamlı olaraq həyata keçirilməsi istiqamətindəki tədbirlər çərçivəsində AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri şəhid leytenant Abbasov Teymur Feyruz oğlunun ailəsini ziyarət ediblər. Yeni Azərbaycan Partiyasının Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri s.e.ü.f.d. Sənan Həsənov, Vətən müharibəsi iştirakçısı fəl.e.ü.f.d. aparıcı elmi işçi Radif Mustafayev, Həmkarlar Təşkilatının sədri Asya Əhmədova, İnstitutun Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva və Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayevin iştirakı ilə yeni dərs ilinin başlanğıcında şəhidin övladları Abbasov Feyruz və Abbasov Siyrus Teymur oğlunun qayğıları və mövcud yaşayış şəraiti ilə yaxından tanış olublar.
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhid ailəsini ziyarət ediblər
Görüşdə alimlər 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan mərd oğullarımızın göstərdiyi şücaətin və qəhrəmanlığın dünya hərb tarixindəki möhtəşəmliyi və özünəməxsusluğu haqqında şəhid ailəsi ilə fikirlərini bölüşüblər. Azərbaycan xalqının şəhidlik zirvəsi kimi uca məqama yüksəlmiş övladlarının qəhrəmalığının hər bir vətəndaş üçün örnək olduğu, onların Vətənə olan sonsuz məhəbbətinin gənc nəslin tərbiyyəsində və dövlətçilik şüurumuzun inkişafındakı müstəsna əhəmiyyəti haqqında danışılıb. Vətən müharibəsinin yaratdığı qələbə fəlsəfəsinin xalqımızın Ali Baş Komandan ətrafında sıx birliyi nəticəsində mümkün olduğu vurğulanıb.
Ziyalılar şəhid övladlarına məktəb ləvazimatları və s. yardım ediblər.
Şəhidin ailəsi və övladları onlara göstərilən diqqətə və qayğıya görə dövlət başcısına, onun tapşırıqlarını şərəflə yerinə yetirən hər kəsə və alimlərimizə minnətdarlıqlarını bildiriblər.
Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Şəhid ailəsini ziyarət ediblər