14.11.2017, 15:19 - Baxış sayı: 1075

Fəlsəfə İnstitutunun alimləri Fransada həmrəyliyin Azərbaycan modelini təqdim ediblər


Fəlsəfə İnstitutunun alimləri Fransada həmrəyliyin Azərbaycan modelini təqdim ediblərFransanın Nitsa şəhərində Sofiya Antipolis Universiteti və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun birgə təşkilatçılığı ilə “Həmrəylik fəlsəfi prinsip və hüquq norması kimi: Fransa və Azərbaycan mövqeyindən müqayisəli yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda universitetin vitse-prezidenti, professor Kristian Vallar hər iki ölkənin elmi əlaqələrindən bəhs edib, 2017-ci ilin əvvəllərində AMEA-nın Fəlsəfə İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindəki görüşlərindən danışıb, rəhbərlik etdiyi nümayəndə heyətinin bu tədbirlərdən xoş təəssüratlarla ayrıldığını bildirib.
Tədbirdə “Həmrəylik və hüquq: problemin fəlsəfi-etik konteksti” mövzusunda çıxış edən AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə həmrəyliyin tarixinə ekskurs edib, klassik fəlsəfi məktəbin nümayəndələrinin bu məsələyə müxtəlif münasibət bəsləmələrini diqqətə çatdırıb, problemin fəlsəfi-etik tərəfləri barədə fikrini bildirib.
Tədbirdə AMEA-nın Həmkarlar Təşkilatının sədri, professor Habil Qurbanov, Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev, Fəlsəfə İnstitutunun əməkdaşı Zöhrə Əliyeva, Sofiya Antipolis Universitetinin hüquqi və siyasi elmlər fakültəsinin dekan müavini, professor Ksavye Latur, professorlar Flipp Vekel, Polin Tyurk və başqaları həmrəylik məfhumunun müxtəlif aspektləri barədə öz fikirlərini ifadə ediblər.
Yüksək və dərin məzmunlu çıxışlarla yadda qalan konfransda o da vurğulanıb ki, Azərbaycan və Fransa alimlərinin birgə əməkdaşlıqları bundan sonra da davam edəcəkdir.
Fəlsəfə İnstitutunun alimləri Fransada həmrəyliyin Azərbaycan modelini təqdim ediblərFəlsəfə İnstitutunun alimləri Fransada həmrəyliyin Azərbaycan modelini təqdim ediblər