Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri olmuş, fəlsəfə elmləri doktoru Afaq Rüstəmova 2021-ci il oktyabr ayının 6-da, ömrünün 72-ci ilində vəfat edib.
Afaq Baloğlan qızı Rüstəmova 1 avqust 1949-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1971-ci ildə M.F.Axundov adına APRDƏİ- ni (indiki Bakı Slavyan Universiteti) bitirmişdir. M.F.Axundov adına APRDƏİ- nin nəzdində aspiranturanın qiyabi şöbəsini bitirmiş, 1995-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 2010-cu ildə “Sosial linqvistika və etnodil prosesləri: fəlsəfi təhlil” (09.00.11 - Sosial fəlsəfə) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almışdır.
1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun “rus və xarici dillər” kafedrasında müəllim, sonra isə baş müəllim vəzifəsində çalışmışdır. 1990-cı ildə Azərb. SSRİ Xalqlar Dostluğu Respublika Sarayında kiçik elmi işçi, 1992-ci ilin mart ayında 2002-ci ilədək EA-nın Milli Münasibətlər institutunda şöbə müdiri vəzifəsində işləmişdir. 2017-ci ildən Fəlsəfə və Sosiologiya İnstitutunda “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosiologiyası” şöbəsinin şöbə müdiri, baş elmi işçisi vəzifəsində çalışmışdır.
Dörd monoqrafiya, 100-ə yaxın elmi məqalənin müəllifi olan Afaq Rüstəmovanın linqvistikanın fəlsəfi problemləri, etnodil prosesləri, millətlərarası münasibətlər, tərcümənin nəzəri problemləri, dil siyasəti, milli ideologiya, modernləşmə, kommunukasiya prosesləri, identiklik problemlərini araşdıran alim kimi tanınırdı.
Elm təşkilatçısı və nəcib insan Afaq Baloğlan qızı Rüstəmova xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!