17.11.2017, 14:24 - Baxış sayı: 1151

Fəlsəfə İnstitutunda Milli Dirçəliş Günü qeyd edilib


Fəlsəfə İnstitutunda Milli Dirçəliş Günü qeyd edilib Bu gün Fəlsəfə İnstitunda 17 Noyabr Milli Dirçəliş Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dos. Eynulla Mədətli bu günün mahiyyəti barədə toplantı iştirakçılarına məlumat verərək, 17 noyabr Milli Dirçəliş Gününün yaranma tarixinə nəzər salıb:
“Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. Bildiyimiz kimi, o vaxt, 1988-ci il noyabrın 17-də Bakıda Qarabağ məsələsində respublika və SSRİ orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin davamlı mitinqi başlanmışdı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır” – deyə qeyd edən E.Mədətli həmçinin bildirib ki, bu hərəkatın nəticəsində 17 Noyabr Milli Dirçəliş Günü yarandı və tariximizdə bu günün çox önəmli gündür.
Sonra çıxış edən natiqlər də 17 Noyabrın Azərbaycan xalqı üçün xüsusi əhəmiyytindən söz açıblar və Xalq hərəkatının başlanğıcı olan bu günün müasir Azərbaycan tarixinə Milli Dirçəliş günü kimi həkk olunduğunu bildiriblər.