25.10.2021, 10:36 - Baxış sayı: 393

Professor Sakit Hüseynov beynəlxalq elmi konfrasda iştirak edib


Professor Sakit Hüseynov beynəlxalq elmi konfrasda iştirak edib21-22 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı və Bolqarıstan Rakovski Milli Müdafiə Universiteti, Türkiyə Respublikası Milli Müdafiə Universiteti, Gürcüstanın David Ağmeşenebeli Milli Müdafiə Akademiyası, Rumınya I Karol Milli Müdafiə Universiteti, Polşa Varmiya və Mazuri Universiteinin birgə əməkdaşlığı ilə Bakı şəhərində «İkinci Qarabağ müharibəsi yeni nəsil müharibə kimi» mövzusunda 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə həsr olunmuş onlayn Beynəlxalq Elmi-praktiki konfrans keçirilmişdir.
Benəlxalq konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiri, professor Sakit Hüseynov konfransın “Milli Təhlükəsizlik ” seksiyasında “Ekoloji təhlükəsizlik milli təhükəsizliyin tərkib hissəsidir” mövzusunda çıxış etmişdir.
S.Hüseynov öz məruzəsində ekoloji təhlükəsizliyi fəlsəfi və sosiloji çəhətdən təhlil etmiş, erməni qəsbkarların işğalı dövründə ərazilərimizin ekoloji cəhətdən məhv edilməsi, vaxtilə mövcud olmuş Bəsidçay, Qaragöl Qoruqlarının məhv edilməsi, Laçın, Qubadlı, Daşaltı, Arazboyu yasaqlıqlarının dağıdılmasını sadalamış, bundan başqa yaşayış məskənlərində olan təbii və mədəni tarixi abidələrimizin talan edilməsini konfrans iştirakçılarına çatdırmışdır.
Məruzəçi ölkəmizdə ekoloji təhlükəsizliklə bağlı Prezident İlham Əliyevin geniş fəaliyyətini də şərh etmişdir. Məruzədə S.Hüseynov ölkəmizdə Davamlı inkişafa keçirilməsində ekoloji təhlükəsizliyin təmin edilməsinin mühüm rol oynadığınıda iştirakçılara çatdırmışdır.