26.10.2021, 10:21 - Baxış sayı: 425

Professor Rəna Mirzəzadə “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən tədbirdə çıxış edib


Professor Rəna Mirzəzadə “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda keçirilən tədbirdə çıxış edibYeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masada YAP İcra Aparatının rəhbərliyi, Milli Məclisin komitə sədrləri, Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri, alimlər, hərbi, siyasi ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə “Prezident İlham Əliyevin Vətən müharibəsində zəfər yoluna aparan hədəfləri” adlı məruzə ilə çıxış edib. O, çıxışında qazanılan uğurların təməlində Ulu Öndər Heydər Əliyevin güclü dövlət, güclü iqtisadiyyat, güclü ordu vəhdətinin dayandığını vurğulayıb. Məruzəçi bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində milli həmrəylik, siyasi dialoq platforması daha da gücləndirilib. Azərbaycanın adı dünya siyasi hərb tarixinə qalib ölkə olaraq yazılıb. Qarabağın işğaldan azad edilməsi, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə məhz milli birlik fenomeninin yeri və rolu müstəsnadır. Rəna Mirzəzadə zəfərə gedən yolda Prezident-Xalq-Ordu birliyinin Azərbaycanın tarixi qələbəsinin əsasında duran ən mühüm amil olduğunu bildirib.
"Science.gov.az"