05.11.2021, 18:36 - Baxış sayı: 471

Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilib


Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilibAMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Vətən müaharibəsində şanlı qələbəmizin ildonümünə həsr edilmiş tədbir kecirilib. Tədbirə Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanılıb. Sonra Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə tədbiri açaraq şanlı qələbənin əldə olunmasında xalq, lider, ordu birliyinin sarsılmazlığını diqqətə çatdırdı. Vətən uğrunda canından keçən övladlarımızın qəhrəmanlığının hər bir vətəndaş üçün and yeri və örnək olduğunu vurğuladı. Qələbədən keçən bir il ərzində işğaldan azad olunmuş torpaqlarımızıda aparılan quruculuq və bərpa işlərinin, o cümlədən şəhidlərimizə və qazilərimizə göstərilən diqqət və qayğıya dair dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin geniş vüsət almasını təhlil etdi. Qələbənin və Zəfər səlnaməsinin mahiyyətində dayanan siyasi liderin iradəsi və müdrik siyasətin fəlsəfəsini şərh etdi.
Sonra YAP AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə Ərazi Partiya Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Azərbaycanı addım- addım qələbələrə yaxınlaşdıran güclü ideologiyanın, müdrik siyasətin və sülh uğrunda mübarizəyə dair konsepsyanın vəhdətindən danışdı. Müzəffər ordumuzun illərlə bu amillərdən güc-qüvvət aldığını diqqətə çatdırdı.
Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilibTədbirdə fəlsəfə elmləri doktoru, professor Azər Mustafayev, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Vətən müharibəsi iştirakçısı, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayev çıxış edərək birinci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsinin xalqımızın birliyində, mütəşəkkilliyində və sarsılmaz mübarizə əzminin daha da möhkəmlənməsindəki rolunun elmi əsaslarına toxundular. Alimlər müdrik siyasi xadimin iradəsi ilə Azərbaycanın daha böyük hədəfləri fəth edəcəyinə, obyektiv həqiqətlərin, habelə Zəfər tariximizin mahiyyətinin elmi tədqiqatlarda dərindən araşdırılmasının vacibliyini diqqətə çatdırdılar. Tədbirin yekununda institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli institutun kollektivini Vətən müharibəsində əldə olunmuş Qələbə münasibət ilə təbrik etdi. Ali Baş Komandanın apardığı uğulu siyasətin alimlərimiz tərəfindən bundan sonra da geniş tədqiqatların mövzusu olacağına əminliyini bildirdi.
Sonra institut əməkdaşları tərəfindən şəhidlərimizin məzarları ziyarət olundu.
Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilib
Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilib
Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilib
Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilib
Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilib
Fəlsəfə və Sosiologiya İnstitutunda Zəfər Günü qeyd edilib