Professor Sakit Hüseynov beynəlxalq elmi konfransda iştirak edib
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyasının təşkilatçılığı ilə 17-18 noyabr 2021-ci ildə Özbəkistanın Daşkənd şəhərində “Təhlükəsizliyin təmin edilməsinə müasir yanaşmalar: münaqişələr və onların qarşısının alınması yolları” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarusiya, Azərbaycan, ABŞ, Koreya, Hindistan, Türkiyə və digər dövlətlərdən alimlər məruzə ilə çxış etmişlər.
Konfransa AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası” şöəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov da dəvət edilmişdir. Professor S.Hüseynov konfransda “Azərbaycan regional stabilliyin təminatçısı kimi və beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri” adlı məruzə ilə çıxış etmişdir.