Fəlsəfə və Sosiologiya İnstitutunda Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi gəncliyimizin və gələcəyimizin uğurlu təminatçısıdır” mövzusunda tədbir keçirilmişdir
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun və YAP İnstitut üzrə partiya təşkilatının təşkilatçılığı ilə Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi gənçliyimizin və gələcəyimizin uğurlu təminatçısıdır” mövzusunda tədbir keçirilib. Tədbirə İnstitut rəhbərliyi, Yeni Azərbaycan Partiyasının İnstitutut üzrə bir sıra partiya üzvləri, Gənc Alimlər Şurasının fəalları və Bakı şəhər 187 saylı orta məktəbin bir qrup pedaqoji heyəti və dərs əlaçıları qatılmışlar.
Azərbaycanın dövlət himni səsləndikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə çıxış edərək Heydər Əliyev fenomeninin fəlsəfi mahiyyətinin dərk olunması istiqamətində ziyalıların gənclər qarşısındakı fəaliyyətini önə çəkdi. Bu günkü qüdrətli Azərbaycanın Heydər Əliyev ideyaları əsasında formalaşdığını və Qələbənin fəlsəfəsində siyasi varislik amilinin rolunu şərh etdi. Ulu Öndərin əbədiyaşarlıq mahiyyətinin gələcək nəsillərə ötürülmsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırdı.
YAP İnstitut üzrə partiya təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov gənclərlə ziyalıların elmi müstəvidə görüşlərinin ideoloji əhəmiyyətini diqqətə çatdırdı. Bu sahədə gənclərimizin fəallığının müsbət hal olduğunu, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin dərk olunması istiqamətində aparılan işlərin səmərəsinin artırılmasına və gəncliyimizə verdiyi tövhəyə dair fikirlərini əsaslandırdı.
İnstitutun şöbə müdiri fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, fəlsəfə üzrə fəlsəfə doktoru, Vətən müharibəsi iştirakçısı, Radif Mustafayev, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılov mövzu ətrafında çıxış edərək Azərbaycanın gələcək hədəflərində milli düşüncəli gənclərimizin roluna dair fikirlərini bildirdilər, Ulu Öndərin gənclərlə bağlı həyata keçiridiyi, Prezident İlham Əliyevin isə bu sahədə uğurlu strategiyasının əhəmiyyətini diqqətə çatdırdılar.
Daha sonra elmi işçi, Hümay İsayeva, “Qarabağ qalibiyyəti-Azərbaycan gənclərinin vətənpərvərlik tərbiyyəsindəki əhəmiyyəti kimi”, fəlsəfə üzərə fəlsəfə doktoru Anar Qafarov “Milli özünüdərk və dövlətçilik şüurunun formalaşmasında Heydər Əliyevin rolu”, İnstitutun Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva “Ulu Öndər Heydər Əliyevin irsi və müasir gənclik”, elmi işçi Vüsalə Gülmalıyeva “Müasir Azərbaycanın cəsarət ruhlu gəncləri”, elmi işçi Toğrul Salmanzadə “Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti və Müstəqil Azərbaycanda gənclərin rolu” mövzusunda məruzələrlə çıxış etmişlər.
Tədbirdə Bakı şəhər 187 saylı məktəbin dərs hissə müdiri Nərmin Abbasxanova pedaqoji heyətin alimlərlə görüşünün əmiyyətindən, yaradılan əməkdaşlığın Ulu Öndər Heydər Əliyevin irsinin dərindən mənimsədilməsi üçün müəllimlərə və şagirdlərə mühüm faydasından danışdı. Məktəbin qabaqcıl şagirdlərindən Sadiq Bəndiyev, Turan Mustafayev, Murad İsmayılzadə Ulu Öndər Heydər Əiyevin həyat fəaliyyətinə dair hazirladıqları şeir və mətnlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Tədbirin sonunda alimlərlə gənclər birlikdə Ulu Öndər Heydər Əiyevin və şəhidlərimizin məzarlarını ziyarət etdilər.