13.12.2021, 10:06 - Baxış sayı: 471

“Qeyri-səlis məntiq konsepsiyasının elm fəlsəfəsi kontekstində məntiqi-metodoloji əsasları” adlı kitab nəşr olunub


“Qeyri-səlis məntiq konsepsiyasının elm fəlsəfəsi kontekstində məntiqi-metodoloji əsasları” adlı kitab nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə və f.e.d., professor Arif Buniyatovun həmmüəllifi olduqları “Qeyri-səlis məntiq konsepsiyasının elm fəlsəfəsi kontekstində məntiqi-metodoloji əsasları” adlı kitab (Bakı, “Bilgi” MMC. Səh.136) nəşr olunmuşdur.
Kitabda qeyri-səlis məntiq konsepsiyasının elm fəlsəfəsi kontekstində məntiqi-metodoloji əsasları, konseptual və metodoloji xüsusiyyətləri araşdırılır.
Yeddi fəsildən ibarət olan kitabın elmi redaktoru f.e.d., professor Füzuli Qurbanov, redaktoru Qabil Camalov və rəyçiləri f.e.d., professor Əziz Məmmədov və f.e.d., professor Əlikram Tağıyevdir.
Qeyd edək ki, kitab AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub (protokol №1, 27 noyabr, 2021-ci il. )