Gənc alim Günel Məliklinin redaktorlarından biri olduğu kitab nəşr olunub
Siyasi elmlər üzrə fəlsəfə doktoru, gənc alim Günel Məliklinin redaktorlardan biri olduğu Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasında "Vətən müharibəsində Azərbaycanın qələbəsi" kitab işıq üzü görüb. Kitabın ərsəyə gəlməsində gənc alim Günel Məliklinin də mühüm xidmətləri olmuşdur. Kitabın müəllifi ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir. Kitabda Vətən müharibəsində Azərbaycan xalqının qələbəsini təmin edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın inkişafı, mərhələli və sabit təkamülü göstərilmişdir.