21.12.2021, 10:06 - Baxış sayı: 428

“İdrak nəzəriyyəsinin problemləri: fənlərarası yanaşma prizmasında” adlı kitab nəşr olunub


“İdrak nəzəriyyəsinin problemləri: fənlərarası yanaşma prizmasında” adlı kitab nəşr olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun yeni nəşri olan “İdrak nəzəriyyəsinin problemləri: fənlərarası yanaşma prizmasında” (Bakı, Adiloğlu nəşriyyatı, 2021, 172 səh.) adlı toplusu nəşr olunub.
Topluda müasir elmi idrakın bir sıra aktual fəlsəfi-metodoloji məsələləri analiz edilmiş, subyektin idrak prosesindəki roluna fənlərarası yanaşma prizmasında nəzər salınmışdır. Həmin aspektdə məntiqi, tarixi və təbiətşünaslıqla bağlı aspektlər fəlsəfi təhlil edilmişdir.
Bunlardan başqa, topluda elmi idrakın mədəniyyət və informasiya texnologiyaları sferaları ilə qarşılıqlı əlaqədə bir sıra məsələləri tədqiq edilmişdir.
Toplu idrak nəzəriyyəsinin müasir problemləri ilə maraqlanan hər bir şəxs üçün yararlı ola bilər.
Toplunun baş redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, elmi redaktoru fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, tərtibçisi kiçik elmi işçi Könül Şəkiyevadır.
Toplu AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının 2021-ci il 17 noyabr tarixli 8 saylı iclasının qərarı ilə çapa məsləhət görülüb.