Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Ağasəlim Həsənovun məqaləsi “European Science Review” jurnalında dərc olunub
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Ağasəlim Həsənovun “The problem of coexistence in Azerbaijani and Armenian societies: historical and contemporary realities” (Azərbaycan və Ermənistan cəmiyyətlərində birgəyaşayış problemi: tarixi və çağdaş reallıqlar) adlı elmi məqaləsi nüfuzlu “European Science Review “jurnalında dərc olunub. Qeyd edək ki, jurnal Vyanada nəşr olunur və Global İmpact Faktora daxildir( İndex Copernicus).
Məqalənin məqsədi Azərbaycan və Ermənistan cəmiyyətlərində birgəyaşayış problemini tarixi və çağdaş reallıqlar kontekstində müqayisəli-sosioloji aspektdən araşdırmaqdan ibarətdir. Belə ki, məqalədə etnik-dini baxımdan bir-birindən kəskin fərqlənən iki ölkənin birgəyaşayış təcrübəsi müqayisəli şəkildə təhlil edilmiş, fərqli xüsusiyyətlər müəyyənləşdirilmişdir.
Məqalədə Azərbaycanın birgəyaşayış modeli geniş təhlil edilmişdir. Azərbaycanın birgəyaşayış təcrübəsi göstərir ki, müxtəlif etnik-dini qrupların dinc birgəyaşayışı mümkündür və etnik konfliktlərin həlli heç də monoetnik cəmiyyətin yaradılmasında deyil. Multikulturalizm siyasətini dəstkləyən Azərbaycanda etnik müxtəlifliyin təmin edilməsi, qarşılıqlı hörmət və tolerantlıq mühitnin qorunması, etnik-dini qrupların dinc birgəyaşayışı və təhlükəsizliyi kimi zəruri məsələlər daima diqqətdə saxlanılır. Həmçinin, tolerantlıq və mədəni müxtəlifliyə hörmət ekstremizmə, müxtəlif növ sosial gərginliyə, zorakılığa və vətəndaş müharibəsinə qarşı ən yaxşı vasitə kimi qəbul edilir. Məhz bu siyasət nəticəsində Azərbaycan öz polietnik mənzərəsini qoruya bilmiş, onu inkişaf etdirmişdir və burada müxtəlif etnik birliklərin dini konfessiyaların nümayəndələri bərabər hüquq və azadlıqlara malikdirlər. Azərbaycanda multikulturalizm dövlət siyasətinə və həyat tərzinə çevrilmişdir. Ölkədə hər bir etnik qrup öz dilini, folklorunu, mədəniyyətini inkişaf etdirmək imkanlarına sahibdir. Həmçinin, Azərbaycan mədəniyyətlərin, sivilizasiyaların dialoqunu təbliğ edən böyük forumların keçirildiyi məkana çevrlimişdir və ölkədə din-dövlət münasibətləri arzuolunan xətt üzrə inkişaf edir. Azərbaycanda bir çox dünya ölkələrinə nümunə ola biləcək dini tolerantlıq mühiti mövcuddur və ölkədə kilsələri, məscidləri, sneqoqları və digər dini məbədləri qorumaq dövlət siyasəti ilə dəstəklənir.
Ermənistan isə belə bir təcrübəyə malik deyil və orada monoetnik cəmiyyətin yaradılması baş verə biləcək etnik konfliktlərin həll yolu kimi dəyərləndirilir. Ermənistan isə etnik-dini seperatizmi dəstəkləyən, öz ərazisində etnik deportasiyalar reallaşdıran və nəticədə öz monoetnlikliyi ilə fərqlənən ölkəyə çevrilmişdir. Bu ölkədə faşist, milliyyətçi ideologiyalar hakimiyyətə iddialı olan müəyyən siyasi dairələr tərəfindən dəstəklənir. Ermənistanda din öz humanist mahiyyətindən uzalaşaraq əslində erməni milliyyətçiliyi ilə vəhdət təşkil edir və uydurulmuş "Böyük Ermənistan" ideyasının kerçəkləşməsinə xidmət edir. Həmçinin, bu ölkədə dini, etnik və s. sahələrdə dözümsüzlük mühiti vardır və erməni cəmiyyəti qeyri-tolerantlığı ilə fərqlənir. Ermənistanda tarixi abidələri, dini məbədləri, məscidləri məhv etmək, təhqir etmək və ya onları erməniləşdirmək dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycanla müqayisədə Ermənistan dövləti birgəyaşayışı, mədəniyyətlərarası dialoqu təbliğ edən böyük forumlara ev sahibliyi edə bilməyib.
Bundan əlavə, məqalədə ermənilərin Cənubi Qafqaz bölgəsinə köçürülməsinə, Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılmasına, "Türksüz Ermənistan" siyasətinin həyata keçirilməsinə dair faktlar da öz əksini tapmışdır.