17.01.2022, 14:26 - Baxış sayı: 709

“Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda ümuminstitut seminarı keçirilib


“Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda ümuminstitut seminarı keçirilibBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Şuşa ili”nə həsr olunan “Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda ümuminstitut seminarı keçirilib. Seminarı f.e.d. Füzuli Qurbanov açaraq mövzunu təqdim etdikdən sonra məruzə üçün sözü fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadəyə verdi.
Məruzəçi Şuşa bəyannaməsi ilə bağlı çıxış edərək bunun siyasi və fəlsəfi aspektlərinə, beynəlxalq aləmin bu məsələyə yanaşmasına toxunaraq alim 3+3 anlayışının siyasi faydalılığının gələcək perspektivlərini qeyd edib. Həmçinin regionda qurulan yeni münasibətlərdən, Zəngəzur dəhlizinin əhəmiyyətindən danışaraq bölgədə yaranan yeni reallıqları təhlil edib. Gedən bu proseslərdə bir alim kimi yaranmış yeni reallıqları fəlsəfi və sosioloji nöqteyi nəzərdən diqqətdə saxlamalıyıq – deyə İlham Məmmədzadə bildirib.
Açılan kommunikasiyaların bizləri sülhə doğru istiqamətləndirdiyini, bunun da Cənubi Qafqazda yeni mədəniyyətin formalaşmasına xidmət etdiyini, Şuşa bəyannaməsinin gələcək beynəlxalq münasibətlərdə bir açar rolunu oynadığını deyən professor, bəyannamənin gələcəyə aparan yol olduğunu vurğulayıb.
Sonra çıxış edən f.e.d. Füzuli Qurbanov Şuşa bəyannaməsinin tarixi və fəlsəfi əhəmiyyətindən danışaraq bunun tarixi, siyasi və geosiyasi məna kəsb etdiyini bildirib.
Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, t.e.d. Eynulla Mədətli çıxışını “Şuşa bəyannaməsinə necə gəldik?” sualı ətrafında quraraq tarixi nöqteyi nəzərdən təhlil etdi.
Sonra iqt.ü.f.d., Əhməd Qəşəmoğlu, f.e.d., professor Arif Bünyatov, f.e.d., professor Rəna Mirzəzadə, siyasi elmlər üzrə fəlsəfə doktoru,dosent Sənan Həsənov, f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə və digər çıxışçılar məruzəçiyə suallar verib, mövzu ətrafında geniş və əhatəli çıxış edərk fikirlərini bildirdilər.
“Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda ümuminstitut seminarı keçirilib
“Şuşa Bəyannaməsi və Cənubi Qafqazda postmünaqişə mərhələsi: fəlsəfi kontekst” mövzusunda ümuminstitut seminarı keçirilib