Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Məhəmməd Cəbrayılov “Milli-mənəvi dəyərlər dövlətçiliyimizin təməl prinsipi kimi” adlı tədbirdə iştirak edib
Quba şəhərində “Müasir İnkişaf” İctimai Birliyinin və ADPU-nun Quba filialının təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə “Milli-mənəvi dəyərlər dövlətçiliyimizin təməl prinsipi kimi” adlı tədbir keçirilib. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi fəl.ü.f.d Məhəmməd Cəbrayılov da iştirak edib.
M.Cəbrayılov öz çıxışında milli-mənəvi dəyərlər sisteminin mövcudluğunun millətin var olmasında mühüm rol oynadığını qeyd edib. O, XX əsrin əvvəllərində Azərbaycandakı maarifçilik hərəkatından, xüsusən də Əhməd bəy Ağaoğludan bəhs edib. Onun sözlərinə görə klassiklərimizin dövlətə, cəmiyyətə, dinə, mənəvi dəyərlərə baxışları mükəmməl səviyyədə olub. “Azərbaycan Xalq Cümhuriyyəti də mənəvi dəyərlər üzərində bərqərar oldu” deyən M.Cəbrayılov millətin həyatında əxlaqın çox böyük önəmə sahib olduğunu vurğulayıb.