01.02.2022, 14:53 - Baxış sayı: 547

“Şuşa ili və milli ideologiyanın həyata keçirilməsində gənclərin rolu” mövzusunda tədbir keçirilib + VİDEO

“Şuşa ili və milli ideologiyanın həyata keçirilməsində gənclərin rolu” mövzusunda tədbir keçirilib + VİDEOBu gün Bakı Kitab Mərkəzində Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsaslanan və “2 fevral Gənclər günü”nə həsr olunmuş “Şuşa ili və milli ideologiyanın həyata keçirilməsində gənclərin rolu” mövzusunda ümumrespublika tədbiri keçirildi.
Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış üçün söz AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadəyə verildi. İlham Məmmədzadə öncə Gənclər günü münasibəti ilə gəncləri təbrik etdi. Gəncliyin cəmiyyətdə aparıcı qüvvə olmasından, ölkə rəhbərliyinin gənclərə olan etimadından, onlara yaradılan şəraitdən danışdı.
Gənclərin elmə gəlişinə diqqət çəkən İlham Məmmədzadə bu sahədə də son illər artımın olduğunu bildirdi: “Elm sahəsində gənc alimlər daha aktiv iştirak edirlər. İnstitutun gənc alimləri keçirilən tədbirlərdə, institut tərəfindən nəşr olunan kiatblarda, həmçinin yerli və beynəlxalq elmi jurnallarda məqalələri ilə çıxış edirlər.”
Gənclərin 44 günlük Vətən müharibəsində qəhrəmanlıqlarından danışan proferssor vurğulayıb ki, gənclərimiz həm döyüş meydanında, həm də informasiya savaşında yüksək vətənpərvərlik nümayiş etdirdilər.
Gənclərin tək elm sahəsində yox, bütün sahələrdə aktiv və yorulmaz fəaliyyətini görmək olur və onlar öz sahələri üzrə fəal iş aparırlar – deyə İlham Məmmədzadə bildirib.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun YAP İnstitut üzrə partiya təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov və institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tünzalə Musayevanın moderatorluğu ilə davam edən tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi və sosiologiya” şöbəsinin elmi işçisi, doktorant Hafizə İmanova “Gənclərin təxəyyülündə Şuşa-özümüzə qayıdış simvolu kimi”, Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işcisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Milli ideologiyanın istiqamətləri və onun reallaşmasında gənclərin rolu”, Fəlsəfə və Sosiologiya İnstitutunun “İslam Fəlsəfəsi şöbəsinin”kiçik elmi işçisi Ceyran Hüseynli “Müasir dövr gənclərinin qəhrəmanlıq tarixçəsi” mövzusunda məruzə ilə çıxış etdilər.
Tədbirdə Vətən müharibəsi Qazisi, cəsur döyüşcü, Suqovuşan Medalı, Yüksək Xidmətlərə Görə Medalının sahibi Ədil Ədilov, Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müəllimi, gənc alim Mətanət Əliyeva, Bakı şəhər 307 saylı ümumtəhsil məktəbin müəllimi Sevinc Məmmədova qabaqcıl şagirdləri ilə, Təhsil Nazirliyi Respublika Uşaq və Gənclər İnkişaf Mərkəzindən Günel Abdullayeva, AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasınin sədri Ceyhun Hüseynov və digər qonaqlar iştirak edirdilər.
Sonra f.e.d. Füzuli Qurbanov, f.e.d., professor Rəna Mirzəzadə, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, f.ü.f.d., Zöhrə Əliyeva və digər natiqlər çıxış edərək mövzu ilə bağlı öz fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşdülər.