03.02.2022, 14:35 - Baxış sayı: 560

Şair Ramiz Qusarçaylı ilə görüş keçirildi


Şair Ramiz Qusarçaylı ilə görüş keçirildiBu gün AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Quba şəhərində yaşayıb-yaradan, görkəmli şair, məşhur “Azərbaycan Bayrağı” şeirinin müəllifi, əməkdar mədəniyyət işçisi Ramiz Qusarçaylı ilə görüş keçirildi və şairin bu günlərdə nəşr edilmiş “Vətən” poemasının təqdimatı oldu.
Tədbirdə giriş sözü ilə çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru f.e.d., professor İlham Məmmədzadə şairin yaradıcılğına qısa nəzər salaraq onu burada görməkdən məmnun olduqlarını ifadə edib.
Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Ramiz Qusarçaylının yaradıcılığını geniş və əhatəli şəkildə təhlil etdi. Akademik qeyd edib ki, şairin yaradıcılığında Vətən mövzusu xüsusilə seçilir, “Vətən” poeması da bunun bariz nümunəsidir və bu poema vətən haqqında yazılmış ən yaxşı əsərlərdəndir”.
Fəlsəfə və Sosiologiya İnstitutunin ictraçı direktoru t.e.d. Eynulla Mədətli Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri haqqında öz fikirlərini bölüşdü: “R. Qusarçaylı illər öncə “Azərbaycan bayrağı” adlı möhtəşəm şeirini yazanda bir şair fəhmi və Vətən aşiqi inancıyla əmin idi ki, müqəddəs bayrağımızın “kölgəsi düşən torpağı gözlərinə çəkmək” ona nəsib olacaq. Onun Azərbaycan bayrağına bu özünəməxsus müraciətindəki ümidi, bir gün zəfər bayrağımızın düşməndən azad olunan bütün torpaqlarımızda qürurla dalğalanacağına inamı şükürlər olsun ki, 44 günlük Vətən savaşında gerçək oldu.”
Şair Ramiz Qusarçaylı ilə görüş keçirildiŞairin “Vətən” poeması haqqında danışan alim, bildirb ki, R.Qusarçaylının “Vətən” dastanı həm də az rast gəlinən müasir siyasi lirikamızın örnək ola biləcək nümunəsidir. Buradakı çağırışlar, gələcəyə səslənişlər tamamilə realdır, əlçatandır, baş tutandır, təki ürəklərdə Vətən sevgisi olsun! Cəsarətlə deyə bilərik ki, “Vətən” peması hər kəsin oxumalı olduğu bədii tarix dərsliyidir, tədris proqramlarına salınaraq öyrədilməli, onun əsasında televiziya-radio verilişləri hazırlanmalı, səhnələşdirilməli , bir sözlə xalq arasında geniş yayılmalıdır.
Tədbirdə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədli, Fəlsəfə və Sosiologiya İnstitutunun Heydər Əliyev siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva, tarix elmləri doktoru, professor Şahin Fazil, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov, Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar təşkilatının sədri Asya Əhmədova, siyasi elmlər üzrə fəlsəfə doktoru Ruşan Ruşanzadə , iqt.ü.f.d., Əhməd Qəşəmoğlu və digər natiqlər şairin yaradıcılığı və “Vətən” poeması barəsində ətraflı çıxşılar etdilər.
Şair Ramiz Qusarçaylı ilə görüş keçirildiSonra söz şair Ramiz Qusarçaylıya verildi. O, görüşü təşkil etdiyinə görə və onun yaradıcılığına verilən qiymətə görə institutun rəhbərliyinə və iştirakçılara öz minnətdarlığını bildirdi və şeirlərindən bir neçəsini səsləndirdi.
Sonda şair Ramiz Qusarçaylı yüksək vətənpərvərlik ruhlu və dərin tarixi-fəlsəfi məzmunlu “Vətən” poeması ilə xalqımızın mənəvi dünyasını daha da zənginləşdirdiyinə, müasir Azərbaycan ədəbiyyatında siyasi lirikanın parlaq nümunəsini yaratdığına görə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Fəxri Fərmanı ilə təltif edildi.

Şair Ramiz Qusarçaylı ilə görüş keçirildi
Şair Ramiz Qusarçaylı ilə görüş keçirildi
Şair Ramiz Qusarçaylı ilə görüş keçirildi