21.02.2022, 12:24 - Baxış sayı: 530

Faiq Ələkbərlinin M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsəri çap olunub


Faiq Ələkbərlinin M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə dair yeni əsəri çap olunubAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəf üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşləri: milli həmrəylik və azərbaycançılıq” adlı monoqrafiyası “Elm və təhsil” (Bakı, 2022, səh.414) nəşriyyatında işıq üzü görüb. Monoqrafiyada Azərbaycan Cümhuriyyətinin qurucusu, siyasi xadim, filosof-mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin sosial-fəlsəfi görüşlərinə, milli həmrəylik (solidarizm) və azərbaycançılıq təlimlərinə həsr olunub. Öncə, monoqrafiyada M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri kontekstində sosial-demokratiya, milli demokratiya, liberalizm, islamçılıq, müsavatçılıq cərəyanları hərtərəfli şərh edilib. Əsərdə M.Ə.Rəsulzadənin sosial-fəlsəfi görüşləri ilə birbaşa bağlı olan milli həmrəylik (təsanüdçülük-solidarizm) təlimi dünyəvilik və türk fəlsəfəsi kontekstində araşdırılmış, bu cərəyanla bağlı sosial-fəlsəfi fikirləri şərh olunmuşdur. Monoqrafiyada M.Ə.Rəsulzadənin azərbaycançılıq təliminin banisi kimi “Azərbaycan” milli ideyasının sosial-fəlsəfi və ideoloji yönləri də əsaslı şəkildə tədqiq edilmişdir. Eyni zamanda, monoqrafiyada M.Ə.Rəsulzadənin qafqazçılıq, türkçülük, ya da yeni turançılıq və Türk federasiyası məsələlərinə dair baxışları da geniş şəkildə öz əksini tapmışdır.
Monoqrafiyadan fəlsəfə, sosial fəlsəfə, sosiologiya, siyasətşünaslıq və başqa elm sahələrində çalışan mütəxəssislər – alimlər, tələbələr, magistrlər, doktrantlar, eyni zamanda geniş oxucu kütləsi faydalana bilər.
Monoqrafiyanın elmi redaktoru fəlsəfə elmləri doktoru professor Mübariz Süleymanlı, rəyçiləri fəlsəfə elmləri doktoru, professor Əli Abasov və Sosiologiya elmləri doktoru, professor Rəfail Həsənovdur.