Fəlsəfə İnstitutunun 2017-ci il üzrə illik hesabatı Elmi Şuranın iclasında müzakirə olundu
Hesabat ilində Fəlsəfə İnstitutu dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış və AMEA-nın elmi müəssisələrinə aid olan bütün Sərəncam, Dövlət Proqramları, eləcə də AR Nazirlər Kabinetinin qərarından irəli gələn vəzifələri rəhbər tutaraq öz prioritet istiqamətlərini müəyyən etmiş və bu istiqamətdə də işlərini davam etdirmişdir.
Ümumilikdə hesabat ilində İnstitut əməkdaşlarının fərdi elmi-tədqiqat iş planlarına uyğun 18 adda monoqrafiya və kitab, o cümlədən 2 monoqrafiya xaricdə, 2 toplu, 2 dərslik, 237 məqalə, 68 məqalə xaricdə, (onlardan impakt faktorlu jurnallarda 7 məqalə), 72 tezis və 50-dən çox məqalə respublikanın dövrü mətbuatında dərc olunmuşdur.
Eyni zamanda İnstitutda AAK-ın vacib nəşrlər siyahısına salınmış redaksiya heyəti Beynəlxalq tərkibli olan 2 jurnal – “Şərq fəlsəfəsi problemləri”, “Elmi əsərlər” beynəlxalq elmi nəzəri jurnallar nəşr edilir.
Həmçinin hesabat dövründə İnstitutda elmi, praktiki və tarixi əhəmiyyət baxımından bir sıra tədbirlər keçirlimişdir. Qeyd edək ki, Fəlsəfə İnstitutunun təşkilatçılığı ilə may ayının 12-də İtaliyanın Genuya Universitetində Azərbaycan-İtaliya münasibətlərinin 25 illiyinə həsr edilmiş, həmçinin noyabrın 10-da da Fransanın Nitsa şəhərində Nitsa-Sofiya Antipolis Universitetində “Həmrəylik, fəlsəfi prinsip, hüquqi normalar: müqayisəli Fransa-Azərbaycan yanaşması” mövsununda elmi konfrans keçirilmişdir.
Bunlardan başqa İnstitutuda respublika səviyyəli 1, beynəlxalq səviyyəli 5 elmi konfrans, 2 dəyirmi masa, 1 beynəlxalq elmi seminar və 8 ümuminstitut elmi seminar keçirilmişdir.