Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları şəhid Surxay Noçuyevin ailəsində olublar
Martın 14-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə bir qrup İnstitut əməkdaşı şəhid, Vətən Müharibəsi Qəhrəmanı Surxay Əbdül oğlu Noçuyevin ailəsinə baş çəkib və qəhrəman şəhidin 2 azyaşlı övladına bayram sovqatları və hədiyyələr təqdim ediblər.
Görüşdə aparıcı elmi işçi, f.ü.f.d. Hüseyin İbrahimov, böyük elmi işçi, f.ü.f.d. Elmira Təhməzova və Həmkarlar Təşkilatının sədri Asya Əhmədova iştirak edib. Görüş zamanı Surxay Noçuyevin II Qarabağ müharibəsində Füzulidən başlanıb, Şuşada başa çatan uğurlu döyüş yolundan, qəhrəman şəhidin “Noçuyev taktikası” ilə məşhurlaşan döyüş taktikasından söhbət açılıb və torpaqlarımızı işğaldan azad edən qəhrəman şəhidlərimizə minnətdarlıq hissi ifadə olunub.