29.03.2022, 10:53 - Baxış sayı: 335

Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri beynəlxaq konfrasda çıxış edib


Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri beynəlxaq konfrasda çıxış edib15-18.03.2022-ci il tarixində Vankuverdə (Kanada) “Elmdə müasir problemlər” adı altında X Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. Həmin konfransda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, f.ü.f.d., dosent Zöhrə Əliyeva “Azərbaycanda maarifçilik ideyalarının inkişafına dair” məruzə ilə çıxış etmişdir. O, çıxışında qeyd etmişdir ki, XIX əsr Azərbaycanın ictimai-siyasi, ədəbi-bədii fikir tarixində bütün sahələrdə, o cümlədən ədəbi-mədəni həyatda dəyişikliklərə səbəb olan xüsusi bir dövrdür. Bu dövr Azərbaycan tarixində faciəli bir dövr kimi qaldı, çünki o, həm də bir xalqın iki yerə (Şimali və Cənubi Azərbaycan) bölünməsi ərafəsinə təsadüf edirdi. Bu proses Azərbaycanın hər iki hissəsində “Etnik, dil, mədəni və ədəbi-bədii dəyərlərin vəhdətini poza bilmədi”. İstər Quzey, istərsə də Güney Azərbaycan öz ənənəvi milli mənəvi dəyərlərini, türk-islam mədəniyyətini, milli mənlik hissini, kimliyini, dilini, ədəbiyyatını qoruyub saxlaya bilmişdir.
Konfransda iştirakına görə dosent Zöhrə Əliyeva sertifikatla təltif edilmişdir.