15.04.2022, 16:31 - Baxış sayı: 570

“Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilib


“Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilibAMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və MEK-nın birgə təşkilatçılığı ilə fəl.ü.f.d. Məhəmməd Cəbrayılovun “Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” kitabının təqdimatı keçirildi.
Kitabın elmi redaktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə təqdimat mərasimində çıxışı zamanı, nəşrdə müasir dövrün bir sıra aktual problemlərinin fəlsəfi, sosial-siyasi və ekoloji aspektdən təhlil olunduğunu, həmçinin “coğrafi qloballaşma” anlayışının ilk dəfə bu nəşrdə elmi dövriyyəyə gətirildiyini və bu fonemlə bağlı prosesin bəşəriyyətin davamlı olaraq coğrafi mühitdə genişlənməsi kimi nəzərdən keçirildiyini vurğulayıb.
AMEA MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxışı zamanı coğrafi qloballaşmada informasiya təhlükəsizliyi, həmçinin geoiqtisadi proseslərdə milli maraqlara qarşı təhdidlər və dövlətlərarası münasibətlərin inkişafına yeni təsirlərin geosiyasi aspektlərinin araşdırıldığı bu kitabı elmi baxımdan yüksək qiymətləndirib. Professor Məmməd Əliyev bildirdi ki, nəşr bu problemlərlə məşğul olan alim, tədqiqatçı, doktorant, magistr və tələbələr üçün nəzərdə tutulmuşdur.
“Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilibKitabın rəyçisi, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov və digər çıxış edənlər Səid Səfərov (AMEA Coğrafiya İnstitutunun “Xəzər probləmləri” şöbəsinin müdiri), t.e.d. Eynulla Mədətli, tar.üz.f.d. Mübariz Ağalarlı (APU-nin dosenti), siy.ü.e.d. Rəna Məmmədzadə, iq.ü.f.d. Samir Əhmədov (DİA-müəllimi), tar.e.d. Hacı Həsənov (AMEA Tarix İnstitutunun “Yeni Tarix şöbəsinin müdiri”), f.e.d. Sakit Hüseynov nəşrin önəmini xüsusi vurğulayıb.
Tədbirin sonunda müəllif, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov kitabın mahiyyətindən danışıb, nəşrin ərsəyə gəlməsində, təqdimat mərasiminin keçirilməsində əməyi keçənlərə öz minnətdarlığını bildirdi.
“Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilib
“Coğrafi qloballaşma: informasiya cəmiyyətinin ekoloji və bioetik problemləri” adlı kitabın təqdimatı keçirilib