Fəlsəfə İnstitutunun əməkdaşları elmi konfransda iştirak ediblər
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin böyük elmi işçiləri s.e.f.d., dos. Həşimov Davud və f.ü.f.d. Qasımova Təzəgül 22-23 dekabr 2017-ci il tarixində Lənkəran Dövlət Universitetində keçirilmiş “Müasir dünyada inteqrasiya və elmin aktual problemləri” mövzusunda Respublika Elmi Konfransında iştirak ediblər. Konfransın “Tarix, fəlsəfə və beynəlxalq münasibətlər” bölməsində s.e.f.d.,dos. D.Həşimov “İkili standartlar siyasəti: mahiyyəti və xüsusiyyəti”, f.ü.f.d. T. Qasımova isə “Akademik Ramiz Mehdiyevin tədqiqatlarında vətəndaş cəmiyyəti problemi” mövzusunda məruzə ilə çıxış etmişlər. Məruzələrdə akademik Ramiz Mehdiyevin tədqiqatlarında vətəndaş cəmiyyəti, vətəndaş cəmiyyəti probleminə müasir baxış, müasir dünya siyasətinin reallıqları, ikili standartlar yanaşması, Azərbaycan Respublikası və bəzi Qərb dövlətlərinin ikili standartlar siyasəti və digər aktual məsələlər öz əksini tapmışdır. Onların məruzələri auditoriya tərəfindən geniş maraq və diqqətlə qarşılanmışdır.