Multikulturalizm mərkəzində seminar keçirilib
Müasir cəmiyyətdə bəzi dini cərəyanların məqsədyönlü şəkildə özlərinə xas olan radikal, fundamentalist və antisekulyar baxışlarını təbliğ etmələri artmaqdadır. Eləcə də, dünyəvi idarəetmə əsaslarının sarsıdılması, dini dözümsüzlük və teokratik hakimiyyət qurmaq istəkləri müşahidə olunur. Bu cür təbliğat və təşviqatın hədəfi xüsusilə gənclərə yönəlir. Azərbaycan gəncliyini bu kimi təsirlərdən qorumaq məqsədilə, “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə seminar keçirib. Seminar Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində baş tutub.
“Gənclər arasında zərərli dini baxışların sosial-psixoloji reabilitasiya, dini dözümlülük və multikulturalizmin təbliği” mövzusundakı seminarı giriş sözü ilə BBMM-nin Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri Rəşad İlyasov açıb. R.İlyasov əvvəlcə tədbirin əhəmiyyəti haqda danışıb. Sonra o, din və multikulturalizm, habelə dövlət-din münasibətləri mövzusundan bəhs edib. Daha sonra çıxış edən “Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri Əhəd Kazımov həyata keçirdikləri layihə, habelə rəhbərlik etdiyi qurum haqda məlumat verib. Ə.Kazımov gənclərin mövzuya münasibətlərini öyrənmək üçün xüsusi hazırlanmış sorğu vərəqlərini iştirakçılara paylayıb.
Daha sonra AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə elmləri doktoru Aydın Əlizadə xüsusi məruzə ilə çıxış edib. O, mövcud təcrübə və imkanlardan çıxış edərək, gənclərdə dini şüurun sosial-psixoloji reabilitasiyası işi, dini dözümlülüyün və multikulturalizmin təbliği məsələlərindən danışıb; müasir Azərbaycan gəncliyini cəmiyyətdəki bəzi dini cərəyanların radikal baxışlarından və dini dözümsüzlük hallarından qorumaq məqsədilə maarifləndirici məqamlara toxunub. Tədbirdə ali məktəb tələbələri iştirak ediblər. Sonda iştirakçıları maraqlandıran suallara cavab verilib.
"Multikulturalizm.gov.az"